Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Səməd Vurğunun 120 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib
30 aprel 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialında xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyi münasibətilə “Demə Səməd Vurğun gəldi-gedərdi…” adlı ədəbi-bədii gecə keçirilmişdir.
Tədbir filialın “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanın təşkilatçılığı ilə baş tutub.
Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı, dəvət olunmuş qonaqlar da iştirak ediblər. Təşkilatçı Sevinc Məhərrəmova çıxış edərək ölməz şairin Azərbaycan ədəbiyyatının inkişafındakı misilsiz xidmətlərindən və dilimizin saflığı uğrunda apardığı yaradıcılıq yolundan bəhs edib.
Gecənin bədii hissəsi tələbələrin hazırladığı rəngarəng proqramla davam edib. Tələbələr şairin yazdığı ölməz şeirləri səsləndirib, sözlərinə bəstələnmiş mahnıları ifa ediblər. Eyni zamanda, şairin ömür yolunu və yaradıcılığındakı mühüm məqamları canlandıran maraqlı səhnəciklər nümayiş olunub.
Tədbir həm qonaqlar, həm də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Sonda bu cür tədbirlərin tələbələrin bədii zövqünün formalaşmasında və milli-mənəvi dəyərlərə bağlılıq ruhunda tərbiyə olunmasında mühüm rolu vurğulanıb.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının müəlliminin məqaləsi Scopus Q1 jurnalında dərc olunub

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialının müəlliminin məqaləsi Scopus Q1 jurnalında dərc olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Nərmin Həsənovanın həmmüəllifi olduğu “Faculty Perceptions of Generative AI in Azerbaijani Higher Education” adlı elmi məqalə nüfuzlu “European Journal of STEM Education” (Scopus, Q1) jurnalında işıq üzü görmüşdür.

Tədqiqat işi ali təhsildə generativ süni intellektin tətbiqi və müəllim heyətinin buna münasibəti məsələlərinə həsr olunub. Bu uğur filialın elmi potensialının beynəlxalq səviyyədə növbəti göstəricisidir.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib

24 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Maya Abdullayevanın təşkilatçılığı ilə Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinə həsr edilmiş şeir müsabiqəsi baş tutmuşdur.

Tədbirin keçirilməsində əsas məqsəd böyük sənətkarın zəngin ədəbi irsinə ehtiram nümayiş etdirmək və tələbələr arasında klassik poeziyaya olan marağı stimullaşdırmaqdır. Müsabiqə çərçivəsində tələbələr tərəfindən şairin ölməz əsərləri səsləndirilmiş, bu çıxışlar Səməd Vurğun yaradıcılığına bəslənən sonsuz sevgi və hörmətin bariz nümunəsi kimi qiymətləndirilmişdir.

Tədbirlər Xəbərlər

“Gələcəyin şəhərləri” gənclər həftəsi ilə bağlı intellektual yarış keçirilmişdir.

Şərh yoxdu

23.04.2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə  2026-cı il – “Şəhərsalma və Memarlıq İli” çərçivəsində WUF13-ə (BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası) dəstək məqsədli “Gələcəyin şəhərləri” gənclər həftəsi ilə bağlı intellektual yarış keçirilmişdir.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Vilyam Şekspirin 462-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Vilyam Şekspirin 462-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

23 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi ingilis şairi və dramaturqu Vilyam Şekspirin anadan olmasının 462-ci ildönümü münasibətilə bədii-kompozisiyalı tədbir keçirilmişdir.

“Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Səfurə Mahmudzadənin təşkilatçılığı ilə baş tutan tədbirdə filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri, baş müəllim Qərənfil Rzayeva, kafedranın müəllimləri Gülnar Bünyadova və Nərmin Maqsudova iştirak ediblər. Tədbirdə həmçinin “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr fəal iştirak edərək öz bacarıqlarını nümayiş etdirmişlər.

Tədbir çərçivəsində tələbələr tərəfindən Vilyam Şekspirin dünya şöhrətli əsərlərindən hazırlanmış müxtəlif səhnəciklər və parçalar nümayiş etdirilmişdir. Gənc istedadların ifasında dahi dramaturqun ölməz obrazları yenidən canlandırılmış, həmçinin ingilis dilində səsləndirilən mahnılar tədbirə xüsusi rəng qatmışdır.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında möhtəşəm kitab sərgi-yarmarkası keçirilib

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında möhtəşəm kitab sərgi-yarmarkası keçirilib

23 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətilə tədbir təşkil olunmuşdur.

ADPU-nun Ağcabədi filialı və  “Bərdə Kitab Evi”nin birgə əməkdaşlığı çərçivəsində reallaşan sərgi-yarmarkada müxtəlif janrlarda elmi, bədii və pedaqoji ədəbiyyat nümunələri nümayiş etdirilmişdir.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanmış, gənclərin kitab əlçatanlığı təmin edilmişdir.

Tədbirlər Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialı ilə ümumtəhsil məktəbləri arasında əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub.

Şərh yoxdu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialı ilə ümumtəhsil məktəbləri arasında əməkdaşlıq çərçivəsində növbəti maarifləndirici tədbir baş tutub.
Filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, p.ü.f.d., baş müəllim Tahir Kərimli, Tədrisin idarə olunması şöbəsinin müdiri Şəbnəm Abbasova, kafedranın müəllimi Sevinc Mirzəyeva və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ili tələbələri Ağcabədi şəhəri C. İbrahimov adına 8 saylı tam orta məktəbdə seminar keçiriblər.
Görüş məktəbin 7-11-ci sinif şagirdləri və müəllim heyətinin iştirakı ilə aşağıdakı aktual mövzulara həsr olunub:
“Məktəb mühitində görünməyən duyğuları görünür etmək”: Şagirdlərin emosional vəziyyəti, özünüifadə və daxili narahatlıqların idarə olunması.
Qarşılıqlı münasibətlərin tənzimlənməsi: Müəllim-şagird və şagird-şagird münasibətlərində sağlam ünsiyyət etikası.
İnklüziv təhsilin əhəmiyyəti: Xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası və təhsil mühitində bərabərlik prinsipləri.
Tədbirdə çıxış edən mütəxəssislər müasir təhsil sistemində psixoloji xidmətin rolundan bəhs edərək, məktəblilərin mənəvi-psixoloji inkişafının dərslərə adaptasiya prosesinə təsirini vurğulayıblar. Tələbələr öz növbəsində gələcək mütəxəssis kimi mövzu ilə bağlı interaktiv müzakirələr aparıb, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

Screenshot

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında “Hər kəs üçün bərabər dünya” mövzusunda maarifləndirici tədbir keçirilib

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında “Hər kəs üçün bərabər dünya” mövzusunda maarifləndirici tədbir keçirilib
16 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında inklüzivlik məsələlərinə həsr olunmuş “Hər kəs üçün bərabər dünya” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov qonaqları salamlayaraq mövzunun əhəmiyyətini diqqətə çatdırıb.
Mərasimdə ilk olaraq Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dosent Mahir Səlimov çıxışında inklüziv təhsilin cəmiyyətdə bərabər imkanların təmin edilməsindəki strateji rolunu vurğulayıb. Daha sonra “Tədrisin idarə olunması şöbəsi”nin müdiri, “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Şəbnəm Abbasova İnklüziv mühitin formalaşdırılması: Cəmiyyətin hər bir üzvü üçün maneəsiz mühitin yaradılması. Empatiya bacarıqları: Əlilliyi olan şəxslərlə düzgün ünsiyyət və onlara qarşı həssas yanaşmanın inkişaf etdirilməsi. Ehtiyacların müəyyənləşdirilməsi: Xüsusi qayğıya ehtiyacı olan insanların tələbatlarının düzgün analizi və qarşılanması mövzularında geniş məruzə edib.
Tədbirin praktiki hissəsində tələbələrdə empatiya hissini gücləndirmək məqsədilə müxtəlif psixoloji eksperimentlər aparılıb və mövzuya uyğun maarifləndirici videoçarxlar nümayiş etdirilib.
Tədbir sual-cavab sessiyası və interaktiv müzakirələrlə davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.