Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialının müəlliminin məqaləsi Scopus Q1 jurnalında dərc olunub

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Nərmin Həsənovanın həmmüəllifi olduğu “Faculty Perceptions of Generative AI in Azerbaijani Higher Education” adlı elmi məqalə nüfuzlu “European Journal of STEM Education” (Scopus, Q1) jurnalında işıq üzü görmüşdür.

Tədqiqat işi ali təhsildə generativ süni intellektin tətbiqi və müəllim heyətinin buna münasibəti məsələlərinə həsr olunub. Bu uğur filialın elmi potensialının beynəlxalq səviyyədə növbəti göstəricisidir.

İntellektual yarış keçirilib

05.05.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialı Tələbə Gənclər təşkilatının nəzdində fəaliyyət göstərən “intellektual oyunlar” klubunun təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Zəka və İrs"…
06 May, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.