Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatı 2013-cü ilin aprel ayında yaradılmışdır. Ümumi maraqlar və könüllülük prinsipi əsasında formalaşan ADPU-nun Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir. Təşkilatın əsas vəzifələri tələbələrin sosial problemlərinin həlli istiqamətində işin həyata keçirilməsi, tələbələr arasında maarifləndirmə işinin aparılması, tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, tələbələrin hüquqlarının təmin edilməsi, respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə, festivallarda istedadlı və yaradıcı tələbələrin iştirakının təmin edilməsi və bu qəlibdən işlər görməkdir.
Rəhbərlik:
Sədr:
Sədr müavini:
Sədr müavini:
Mətbuat katibi:
Tələbə Gənclər Təşkilatı ADPU-nun Ağcabədi filialının tədris binasında, 312-ci otaqda yerləşir.
Tel:
