Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Kitabxanası təhsil və pedaqoji sahələrdə milli və xarici ədəbiyyat fonduna malik olan struktur bölmədir. Kitabxana öz fəaliyyətində “Təhsil haqqında” və “Kitabxana işi haqqında” Azərbaycan  Respublikasının qanunlarına, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq əmr və təlimatlarına, kitabxananın təsdiq olunmuş Əsasnaməsinə istinad edir və öz işini illik iş planına əsasən qurur.

9781 kitaba malik Kitabxana fondunun 4651-ni bədii ədəbiyyat, 2720-ni dərslik və dərs vəsaiti, 1200-nü xarici ədəbiyyat, 1210-nu digər nəşrlər təşkil edir. Elektron kitabxanamızda isə 4312 elektron resurs tələbə və müəllimlərin istifadəsindədir. Bundan əlavə keçirilən bütün fənlərin mühazirə mətnləri də kompüterlərə yüklənib. Eyni zamanda, filialın Kompüter mərkəzi tərəfindən mütəmadi olaraq kiril əlifbasında olan dərslik və dərs vəsaitlərinin latın əlifbasında versiyaları hazırlanaraq kitabxanaya təhvil verilir. Kitabxanada olan kompüterlər internetlə təmin edilib, tələbələrin istifadəsinə verilib. Kitabxana oxuculara yüksək xidmət göstərməklə yanaşı, filialda keçirilən bütün tədbirlərin əsas tərəfdaşıdır.

Kitabxananın 4 əməkdaşı oxuculara xidmət göstərir.

Əlaqə: 

Ünvan: ADPU-nun Ağcabədi filialının tədris binası, I mərtəbə, otaq 116

E-mail: adpu_kitabxana@mail.ru

Кitabxana

ELAN


This will close in 20 seconds