Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında “Hər kəs üçün bərabər dünya” mövzusunda maarifləndirici tədbir keçirilib
16 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında inklüzivlik məsələlərinə həsr olunmuş “Hər kəs üçün bərabər dünya” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbiri giriş sözü ilə açan filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov qonaqları salamlayaraq mövzunun əhəmiyyətini diqqətə çatdırıb.
Mərasimdə ilk olaraq Müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dosent Mahir Səlimov çıxışında inklüziv təhsilin cəmiyyətdə bərabər imkanların təmin edilməsindəki strateji rolunu vurğulayıb. Daha sonra “Tədrisin idarə olunması şöbəsi”nin müdiri, “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Şəbnəm Abbasova İnklüziv mühitin formalaşdırılması: Cəmiyyətin hər bir üzvü üçün maneəsiz mühitin yaradılması. Empatiya bacarıqları: Əlilliyi olan şəxslərlə düzgün ünsiyyət və onlara qarşı həssas yanaşmanın inkişaf etdirilməsi. Ehtiyacların müəyyənləşdirilməsi: Xüsusi qayğıya ehtiyacı olan insanların tələbatlarının düzgün analizi və qarşılanması mövzularında geniş məruzə edib.
Tədbirin praktiki hissəsində tələbələrdə empatiya hissini gücləndirmək məqsədilə müxtəlif psixoloji eksperimentlər aparılıb və mövzuya uyğun maarifləndirici videoçarxlar nümayiş etdirilib.
Tədbir sual-cavab sessiyası və interaktiv müzakirələrlə davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

ADPU-nun Ağcabədi filialında Novruz bayramı qeyd edilib

ADPU-nun Ağcabədi filialında Novruz bayramı qeyd edilib Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Novruz Bayramı münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Çıxış edən…
18 Mar, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.