Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Vilyam Şekspirin 462-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

23 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi ingilis şairi və dramaturqu Vilyam Şekspirin anadan olmasının 462-ci ildönümü münasibətilə bədii-kompozisiyalı tədbir keçirilmişdir.

“Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Səfurə Mahmudzadənin təşkilatçılığı ilə baş tutan tədbirdə filialın Keyfiyyətin təminatı şöbəsinin müdiri, baş müəllim Qərənfil Rzayeva, kafedranın müəllimləri Gülnar Bünyadova və Nərmin Maqsudova iştirak ediblər. Tədbirdə həmçinin “Xarici dil müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr fəal iştirak edərək öz bacarıqlarını nümayiş etdirmişlər.

Tədbir çərçivəsində tələbələr tərəfindən Vilyam Şekspirin dünya şöhrətli əsərlərindən hazırlanmış müxtəlif səhnəciklər və parçalar nümayiş etdirilmişdir. Gənc istedadların ifasında dahi dramaturqun ölməz obrazları yenidən canlandırılmış, həmçinin ingilis dilində səsləndirilən mahnılar tədbirə xüsusi rəng qatmışdır.

“Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib. Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv…
04 Mar, 2026
0 Comment

Gənc Tədqiqatçılar Şurasının növbəti iclası keçirilib

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının növbəti iclası keçirilib. İclas zamanı gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması, onların təşəbbüslərinin dəstəklənməsi, beynəlxalq və yerli elmi tədbirlərdə iştirak imkanlarının…
22 Apr, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.