Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının müəllimi beynəlxalq sertifikat əldə etmişdir.

Şərh yoxdu

04.04.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialının “Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Quliyev Səbuhi Vaqif oğlu “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 786 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.

Səbuhi Quliyev Ölkə üzrə yerli təhsilverənlərin müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsildə tətbiqi üzrə 30 saatlıq təlim proqramramını bitirmişdir.

Qeyd edək ki, Proqramı bitirən təhsilverənlər sadəcə pedaqoji istiqamətdə deyil müxtəlif standartlarda mərkəzləşmiş və təhsilverənlər üçün vacib olan 6+İKT istiqamətləri üzrə qiymətləndirilmişlər.

“Effektiv pedaqoq olmaq üçün İKT-dən istifadə”, “İnformasiya kommunikasiyası vasitələrindən istifadə”, “Real dünya problemlərinin həlli və innovasiya”, “Özünütənzimləmə”, “Biliyin qurulması”, “Təhsilalanla əməkdaşlıq” və “Bacarıqlı ünsiyyət” modulları üzrə yüksək nəticə göstərmiş müəllimlər “Microsoft Certified Educator” sertifikatına layiq görülmüşlər.

Tədbirlər Xəbərlər

“Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Şərh yoxdu

03 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Sağlam gənclik naminə narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev iştirak etmiş, narkomaniyanın fəsadları, bu cinayət növünə qarşı aparılan mübarizə tədbirləri və vətəndaşların maarifləndirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.

Tədbir iştirakçıların sualları ətrafında aparılan müzakirələrlə davam etmişdir.




Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Novruz bayramı qeyd edilib

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Novruz bayramı qeyd edilib
Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Novruz Bayramı münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
Çıxış edən filialın direktoru Mobil Məcidov iştirakçıları milli adət-ənənələrin daşıyıcısı, xalqımızın sevimli bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib. 
Sonra tələbələrin hazırladıqları Novruz süfrələri arasından üç süfrə ən yaxşı Novruz süfrəsi seçilərək l,ll,lll yerlər üzrə I yer-RİN2501B və RM2501B, ll yer-TM2501B və lll yer FM2201B qrupları olmaqla “Fəxri Fərman”larla təltif edilib.
Tədbirin bədii hissəsində tələbələrin hazırladıqları səhnəciklər nümayiş olunub, musiqi və rəqs kompozisiyaları  təqdim edilib.
Sonda xatirə şəkilləri çəkdirilib.

Tədbirlər Xəbərlər

MHM Tədris Mərkəzinin müəllimləri filialın tələbələri ilə görüşüblər.

Şərh yoxdu

10.03.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında MHM Tədris Mərkəzinin müəllimləri filialın lll və IV tədris ilinin tələbələri ilə görüşüblər.

Görüş zamanı müəllimlər MİQ imtahanı barədə tələbələrə ətraflı məlumatlar verib onları maraqlandıran sualları cavablandırıblar.

Tədbirdə tələbələrə kitablar hədiyyə edilib.


Elanlar Xəbərlər

Universitetin III və IV tədris ilində təhsil alan tələbələri ilə görüş keçiriləcəkdir.

Şərh yoxdu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və MHM Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə universitetin III və IV tədris ilində təhsil alan tələbələri ilə görüş keçiriləcəkdir.

Görüşün keçirilməsində əsas məqsəd gələcək müəllimlərin peşəkar inkişafına dəstək olmaq, müəllim hazırlığı prosesi, müəllimlərin işə qəbulu mərhələləri, imtahanlara hazırlıq strategiyaları və bu sahədə mövcud imkanlar barədə tələbələrə ətraflı məlumat verməkdir.

Eyni zamanda görüş çərçivəsində MHM Tədris Mərkəzinin fəaliyyəti, tədris proqramı və müəllim olmaq istəyən gənclər üçün təqdim etdiyi imkanlar haqqında təqdimat keçiriləcəkdir.

Görüş zamanı tələbələr öz suallarını ünvanlandırmaq, müəllim hazırlığı və karyera inkişafı ilə bağlı vacib məqamlar haqqında ətraflı məlumat əldə etmək imkanı qazanacaqlar.

Tələbələrin görüşdə iştirakı tövsiyə olunur.

Tədbirlər Xəbərlər

“Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

Şərh yoxdu

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (ETİHİ RK) 250 tələbəyə “Həmkarlar ittifaqı təqaüdü” təqdim edib.

Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, üzv və tabe təşkilatların rəhbərliyi, ölkənin bir sıra ali təhsil müəssisələrinin rektorları, tələbə həmkarlar ittifaqı komitələrinin sədrləri və tələbələr iştirak ediblər.

Təltif olunan tələbələr arasında ADPU-nun Ağcabədi filialının “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə ll tədris ilinin tələbəsi Həsənli Gülgün Arzu qızı da yer alıb. Tələbəmizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!

Tədbirlər Xəbərlər

“Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı” layihəsi keçirilib.

Şərh yoxdu

ADPU-Ağcabədi  filialında keçirilən “Gənclərlə Bizneslər Görüşür” yarmarkası sadəcə bir tədbir deyil, gənclərlə sahibkarlar arasında qurulan canlı körpü oldu. Universitetin geniş və açıq mühiti bu görüşü daha da mənalı etdi – həm layihə iştirakçıları, həm də təlimlərdə iştirak etməyən onlarla gənc sahibkarlıq ruhunu birbaşa hiss etmək imkanı qazandı.

Sahibkarlıq fəaliyyətinə yeni başlayan gənclər öz ideyalarını təqdim etdi, artıq fəaliyyət göstərən sahibkarlar isə təcrübələrini bölüşdü, məsləhətlər verdi və yeni əməkdaşlıqlara açıq oldu. Bu görüş bir daha göstərdi ki, dialoq qurulduqda, təcrübə bölüşüldükdə və qarşılıqlı inam formalaşdıqda regionda real dəyişiklik baş verir.

Bu platformanın yaradılmasına imkan verən, gənclərlə sahibkarları eyni məkanda bir araya gətirərək yeni başlanğıclara yol açan hər kəsə dərin minnətdarlığımızı bildiririk. Çünki bu gün qurulan əlaqələr sabahın uğurlu biznes hekayələrinin təməlidir.

Qeyd edək ki, “Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı” layihəsinin həyata keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsi çərçivəsində qrant ayrılıb.