24 oktyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının b/m Sevinc Məhərrəmova tərəfindən “Müasir təlimdə inteqrativlik və onun təşkili yolları” mövzusunda sonuncu təlim keçirilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin sağlamlaşdırılması üçün aksiya keçirilib
29 oktyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialının “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Ağcabədi rayonu ərazisində yerləşən HEYDƏR ƏLİYEV parkında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin sağlamlaşdırılması üçün aksiya keçirilib və tələbələr arasında ekoloji maarifləndirmə işləri də aparılıb. Başlıca məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılmasıdır. Filialın bir qrup tələbələri aksiyada böyük həvəslə iştirak ediblər. Aksiya çərçivəsində müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, ağacların dibləri bellənib, suvarılıb, yaşıllığa qulluq göstərilib, yeni gül kolları əkilib, səliqə-sahman yaradılıb. “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Baxış Ələsgərov qeyd edib ki, “Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm tarixi hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük qələbələrindən biridir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimadın və inamın növbəti bariz nümunəsidir. Möhtərəm Prezidentimiz tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması isə ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəkdir.
“Fənlərarası inteqrasiya” mövzusunda təlim start götürüb.
“Fənlərarası inteqrasiya” mövzusunda təlim start götürüb.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Fənlərarası inteqrasiya mövzusunda keçirilən təlim


“Əbədi və sarsılmaz müstəqillik” mövzusunda tədbir
18 oktyabr 2024-cü il tarixində ADPU-Ağcabədi filialında Azərbaycan Dövlət Müstəqilliyinin Bərpasının 33-cü ildönümü münasibətilə “Əbədi və sarsılmaz müstəqillik” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan filialın Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışıb. Dosent Mahir Səlimov vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
Mövzu ətrafında çıxışlar dinlənildi:
Tədris və elmi işlər üzrə direktor müavini dosent Seymur Süleymanov, “Riyaziyyat, informatika, fizika və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Sahib Zeynalov və “İctimai təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının t.ü.f.d.,b/m. Anar Kərimli vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin, Ulu Öndərin ən layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilməsindən, onun rəhbərliyi ilə müstəqilliyimizin əbədiliyinin təmin edilməsindən, Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından, sabahını daha firavan etmək məqsədi daşımasından danışıblar.
Sonda “Müstəqilliyin Bərpası Günü” mövzusunda videoçarx nümayiş olunub.