Tədbirlər

18 oktyabr 2024-cü il tarixində ADPU-Ağcabədi filialında   Azərbaycan Dövlət  Müstəqilliyinin Bərpasının 33-cü ildönümü münasibətilə  “Əbədi və sarsılmaz müstəqillik”  mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan filialın Tərbiyə işləri üzrə direktor müavini, dosent  Mahir Səlimov  Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışıb. Dosent Mahir Səlimov vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.

Mövzu ətrafında çıxışlar dinlənildi: 

Tədris və elmi işlər üzrə direktor müavini dosent Seymur Süleymanov,  “Riyaziyyat, informatika, fizika və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Sahib Zeynalov və “İctimai təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının t.ü.f.d.,b/m. Anar Kərimli vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub saxlanılan müstəqilliyimizin, Ulu Öndərin ən layiqli davamçısı İlham Əliyev tərəfindən davam etdirilməsindən, onun rəhbərliyi ilə müstəqilliyimizin əbədiliyinin təmin edilməsindən, Azərbaycan xalqının həyat səviyyəsinin daha da yaxşılaşdırılmasından, sabahını daha firavan etmək məqsədi daşımasından danışıblar. 

Sonda “Müstəqilliyin Bərpası Günü” mövzusunda videoçarx nümayiş olunub.

Mobil Məcidov tədris təcrübəsinin bitməsi və istehsalat təcrübəsinin başlaması ilə əlaqədar olaraq buraxılış qrup tələbələri ilə görüşüb

22.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidov tədris təcrübəsinin bitməsi və istehsalat təcrübəsinin başlaması ilə əlaqədar olaraq buraxılış qrup tələbələri ilə görüşüb, tələbələri maraqlandıran suallar ətrafında fikir…
22 Apr, 2025
0 Comment

Ağcabədidə ağacəkmə aksiyası keçirilib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağcabədi rayonunun Zəfər prospektində ağacəkmə…
10 Dek, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.