29 oktyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialının “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Ağcabədi rayonu ərazisində yerləşən HEYDƏR ƏLİYEV parkında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ətraf mühitin sağlamlaşdırılması üçün aksiya keçirilib və tələbələr arasında ekoloji maarifləndirmə işləri də aparılıb. Başlıca məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılmasıdır. Filialın bir qrup tələbələri aksiyada böyük həvəslə iştirak ediblər. Aksiya çərçivəsində müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, ağacların dibləri bellənib, suvarılıb, yaşıllığa qulluq göstərilib, yeni gül kolları əkilib, səliqə-sahman yaradılıb. “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Baxış Ələsgərov qeyd edib ki, “Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm tarixi hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük qələbələrindən biridir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimadın və inamın növbəti bariz nümunəsidir. Möhtərəm Prezidentimiz tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması isə ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəkdir.

Digər xəbərlər
“Ruhun Səltənəti” adlı seminar keçirilib
08.05.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında psixoloq, yazıçı Fatimə Əzimlinin “Ruhun Səltənəti” adlı seminarı keçirilib.
Qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüş keçirilib
15 oktyabr 2025-ci il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında maarifləndirici tədbir keçirilib. Tədbirin əsas…
Maya Abdullayeva “Microsoft Certified Educator” sertifikatı qazanıb.
30.11.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Abdullayeva Maya Ağamirzə qızı “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 786 bal toplayaraq beynəlxalq sertifikat əldə…















