Xəbərlər
18 oktyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün “Fənlərarası inteqrasiya” mövzusunda təlim start götürüb.
 Təlimi giriş sözü ilə açan “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, p.ü.f.d.,b/m, Tahir Kərimli bildirib ki, bu gün Azərbaycan xalqı üçün əlamətdar bir gün 18 oktyabr müstəqilliyimizin bərpasının 33 -cü ildönümüdür. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Sonra Dövlət himni səsləndirilib. Daha sonra Tahir Kərimli təlimin mahiyyəti haqqında iştirakçılara məlumat verib: Bu gün müasir təhsilin qarşısında duran əsas vəzifələrdən biri  gəncləri sosial-mədəni və mənəvi müxtəlifliklə dolu həyata hazırlamaqdır. Tədris prosesində yalnız kompleks yanaşma bu vəzifənin həyata keçirilməsinə  kömək edə bilər ki, bu da tələbələrin mövcud biliklərinin genişləndirilməsini  təmin edir. Bununla da onların idrak fəaliyyətini və təhsil prosesinin subyekti kimi inkişafını stimullaşdırır. Şagirdlərin tətbiqetmə və tədqiqat fəaliyyətini təşkil etmək üçün inteqrasiya olunmuş dərslərin keçirilməsi məqsədəuyğundur. 
Təlimçi: “Pedaqogika, psixologiya onların tədrisi texnologiyası” kafedrasının b/m  Sevil Cəfərova təlimin vacibliyindən danışıb. Müasir cəmiyyət məktəblər qarşısında təhsilin humanistləşdirilməsi tələbini qoyur. Təhsilin məzmununun müasirləşdirilməsi, tədris metod və vasitələrinin yenilənməsi yeni pedaqoji axtarışların əsasını təşkil edir. İnteqrasiya olunmuş dərslər şagirdlərin potensialını inkişaf etdirir, şagirdi ətrafdakı reallığı anlamağa səy göstərməyə, təfəkkür məntiqini və kommunikativ səriştələri inkişaf etdirməyə sövq edir. 

Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.