18 oktyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə “İbtidai sinif müəllimliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün “Fənlərarası inteqrasiya” mövzusunda təlim start götürüb.
Təlimi giriş sözü ilə açan “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri, p.ü.f.d.,b/m, Tahir Kərimli bildirib ki, bu gün Azərbaycan xalqı üçün əlamətdar bir gün 18 oktyabr müstəqilliyimizin bərpasının 33 -cü ildönümüdür. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Dövlət himni səsləndirilib. Daha sonra Tahir Kərimli təlimin mahiyyəti haqqında iştirakçılara məlumat verib: Bu gün müasir təhsilin qarşısında duran əsas vəzifələrdən biri gəncləri sosial-mədəni və mənəvi müxtəlifliklə dolu həyata hazırlamaqdır. Tədris prosesində yalnız kompleks yanaşma bu vəzifənin həyata keçirilməsinə kömək edə bilər ki, bu da tələbələrin mövcud biliklərinin genişləndirilməsini təmin edir. Bununla da onların idrak fəaliyyətini və təhsil prosesinin subyekti kimi inkişafını stimullaşdırır. Şagirdlərin tətbiqetmə və tədqiqat fəaliyyətini təşkil etmək üçün inteqrasiya olunmuş dərslərin keçirilməsi məqsədəuyğundur.
Təlimçi: “Pedaqogika, psixologiya onların tədrisi texnologiyası” kafedrasının b/m Sevil Cəfərova təlimin vacibliyindən danışıb. Müasir cəmiyyət məktəblər qarşısında təhsilin humanistləşdirilməsi tələbini qoyur. Təhsilin məzmununun müasirləşdirilməsi, tədris metod və vasitələrinin yenilənməsi yeni pedaqoji axtarışların əsasını təşkil edir. İnteqrasiya olunmuş dərslər şagirdlərin potensialını inkişaf etdirir, şagirdi ətrafdakı reallığı anlamağa səy göstərməyə, təfəkkür məntiqini və kommunikativ səriştələri inkişaf etdirməyə sövq edir.
Təlimin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
10.03.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında MHM Tədris Mərkəzinin müəllimləri filialın lll və IV tədris ilinin tələbələri ilə görüşüblər. Görüş zamanı müəllimlər MİQ imtahanı barədə tələbələrə ətraflı məlumatlar verib onları…
Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üzrə əlavə təhsil proqramının Məzun Günü keçirilib 26 iyul 2025-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üçün “Psixologiya” ixtisası üzrə əlavə təhsil…