Tədbirlər

ADPU-nun Ağcabədi filialında Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Şərh yoxdu

23 fevral 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “XX əsrin dəhşətli faciəsi – Xocalı soyqırımı” mövzusunda anım tədbiri keçirilib.

       Tədbiri filialın direktoru dos.Mobil Məcidov açıq elan etdi. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.

          Filialın direktoru dos.Mobil Məcidov çıxış edərək tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, zaman-zaman tarixi torpaqlarımızı işğal etmələrindən danışıb. Mobil Məcidov bildirib ki, Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, işğal altındakı torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. Biz buna Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində nail olduq. İndi Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirməli, iqtisadi qüdrətimizi artırmalı, ordumuzu gücləndirməliyik. Hazırda Qarabağda irimiqyaslı bərpa və yenidənqurma işləri gedir, tezliklə məskunlaşma daha böyük vüsət alacaq və biz öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq.

        Sonra filialın tərbiyə işləri üzrə direktor müavini dos.Mahir Səlimov çıxş edərək Xocalı soyqırımının tariximizdə ən dəhşətli faciə olduğunu, dinc insanların məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyini söyləyib. Qeyd olunub ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. “Bunları nəzərə alaraq biz tarixən başımıza gətirilən belə faciələrdən nəticə çıxarmalıyıq, bu faciələrin gələcəkdə unudulmasına yol verməməliyik”, – deyə Mahir Səlimov bildirib.

   Tədbirin sonunda Xocalı faciəsi  qurbanlarına həsr olunmuş video çarx izlənilib.

 

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Filial Həmkarlar İttifaqı Komitəsinin Hesabat-seçki yığıncağı keçirilib.

Şərh yoxdu

09 fevral 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi Filialında Həmkarlar İttifaqı Komitəsinin Hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev və təşkilat komitəsi idarə heyətinin üzvü Hüseyn Hacıyev də iştirak edirdi. İclası Həmkarlar İttifaqı komitəsinin filial üzrə sədri p.ü.f.d., b/m. Tahir Kərimli açıq elan etdi.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Yığıncağı aparmaq üçün təşkilat komitəsi idarə heyətinin üzvü Hüseyn Hacıyev sədr, katib isə filialın baş müəllimi Qərənfil Rzayeva seçildi. Sədr hesabat-seçki yığıncağının gündəliyində duran məsələləri iştirakçıların diqqətinə çatdırdı. Gündəlik səsə qoyulub qəbul edildikdən sonra I məsələnin müzakirəsinə başlanıldı.
Filialın Həmkarlar İttifaqı Təşkilatının sədri p.ü.f.d., b/m. Tahir Kərimli Həmkarlar İttifaqı Komitəsinin hesabat ili ərzində gördüyü işlər haqqında ətraflı məruzə etdi. Məruzə ətrafında çıxışlar dinlənildi, sonra filialın Həmkarlar İttifaqı təşkilatının yeni idarə heyəti seçildi. Yığıncağın sonunda Filialın ictimai həyatında fəal iştirak edən bir qrup əməkdaşlar fəxri fərman və pul mükafatı ilə təltif olundu.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev və təşkilat komitəsi idarə heyətinin üzvü Hüseyn Hacıyev verilən sualları cavablandıraraq filialın kollektivinə və seçilmiş yeni heyətə gələcək işlərində uğurlar arzu etdilər.

Xəbərlər

Xarici dili necə öyrənə bilərik?” mövzusunda təlim keçirilmişdir.

Şərh yoxdu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının” müəllimi Gülnar Bünyadzadə tərəfindən “Xarici dili necə öyrənə bilərik?” mövzusunda təlim keçirilmişdir. Təlimdə, xarici dil öyrənməyin müasir dövrdəki önəmi, dil öyrənmə zamanı qarşılaşılan əsas problemlər və bu problemlərin öhdəsindən gəlmə yolları, hansı metod və vasitələrdən istifadə edilərsə daha qısa zamanda effektiv öyrənmə əldə edilə bilər və.s. mövzularına toxunulmuşdur. Sonda şagirdlərin sualları cavablandırılmışdır.

Elmi Konfranslar

Tələbə Elmi seminarı

Şərh yoxdu

27.12.2023-cü il tarixində ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilati dəstəyi ilə “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə lll tədris ilinin tələbəsi Nağıyeva Aysu Sənan qızının “M.Ə. Sabir yaradıcılığında ifşa üsulları” mövzusunda elmi seminarı keçirilib.

Tədbirlər

Anım Günü

Şərh yoxdu
12.12.2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialının kollektivi Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Elmi Konfranslar Xəbərlər

ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi-praktik konfrans keçirildi

Şərh yoxdu

06 dekabr 2023-cü il tarixdə ADPU-nun Ağcabədi filialının “Riyaziyyat, informatika və onların tədrisi texnologiyası” və “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedralarının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda elmi-praktik konfrans keçirildi.

Konfransın plenar iclasını giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov unudulmaz liderimiz Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhlarını yad etmək üçün bir dəqiqəlik sükut elan etdi. Dövlət Himni səsləndirildi.

Dosent Mobil Məcidov Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı misilsiz xidmətlərindən danışdı. Təhsilə millətin gələcək yüksəlişi nöqteyi-nəzərindən yanaşan Ümummilli Liderin bu sahədə apardığı işin miqyasından danışan Mobil Məcidov, Azərbaycan elminin bugünkü nailiyyətlərində Heydər Əliyev şəxsiyyətinin rolunun danılmazlığını vurğuladı.

Sonra söz məruzəçilərə verildi.

“Heydər Əliyev Azərbaycanın elm və təhsil konsepsiyasının banisidir” mövzusunda məruzə edən filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov bildirdi ki, Azərbaycanda təhsilin, elmin, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafında Ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Heydər Əliyevin şəxsi qayğısı sayəsində Azərbaycanda orta məktəblərin sayı, maddi-texniki bazası, kadrlarla təchizi işi xeyli yaxşılaşdırılmış, xüsusən müstəqillik illərində təhsil sahəsində beynəlxalq əlaqələr daha da genişlənmiş, Azərbaycan Respublikası dünyanın 30-dan çox ölkəsinin ali təhsil müəssisələri ilə genişmiqyaslı əməkdaşlıq həyata keçirmişdir.

Ulu Öndərin elmə göstərdiyi diqqət və qayğının nəticəsidir ki, müxtəlif elm sahələri üzrə gənc tədqiqatçılar araşdırmalar aparmış və əldə etdikləri elmi nailiyyətləri istehsalatın müxtəlif sahələrində tətbiq etməyə müyəssər olmuşlar.

“Azərbaycançılıq ideologiyasının elm və təhsilin inkişafında yeri” mövzusunda məruzə edən filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov qeyd etdi ki, tarixdə Azərbaycançılıq ideyasını irəli sürən görkəmli şəxsiyyətlərdən biri məhz Heydər Əliyev olmuşdur. Milli dövlətçiliyimizin böyük memarı olan Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda siyasi və iqtisadi islahatlar həyata keçirilmiş, ölkədə insan hüquqlarının qorunması, söz, mətbuat, vicdan azadlıqlarının həyata keçirilməsi istiqamətində böyük işlər görülmüşdür. Heydər Əliyev nadir şəxsiyyətlərdən biridir ki, yalnız bir amal uğrunda – doğma Azərbaycan uğrunda, bu torpağın müstəqilliyi və müstəqilliyinin əbədiliyi uğrunda bütün həyatını sərf edib.

Ulu Öndərin “Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” deyimini dilə gətirən məruzəçi, Heydər Əliyevin şəxsində azərbaycançılıq ideologiyasının təməl prinsiplərini gördüyünü və hər bir ölkə vətəndaşının beləcə öz ölkəsi və məmləkəti ilə fəxr etməsinin gərəkliliyini vacib amil hesab etdiyini bildirdi.

Məruzələr ətrafında çıxışlar dinlənildi. Çıxış edənlər Ulu Öndərin Azərbaycan elminin inkişafındakı rolunu onun çoxcəhətli siyasi fəaliyyətinin tərkib hissəsi olaraq vurğuladılar və zamanın Azərbaycan xalqına bəxş etdiyi bu fenomen düşüncəli siyasi liderin öz işıqlı əməlləri ilə xalqının qəlbində əbədi yaşayacağına inam ifadə etdilər.

Plenar iclasdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirdi.

Tədbirlər

 ADPU-nun Ağcabədi filialında  Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr edilmiş ƏBƏDİ intelektual yarış keçirilib. 

Şərh yoxdu
07.12.2023- cü il tarixdə  ADPU-nun Ağcabədi filialında  Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr edilmiş ƏBƏDİ intelektual yarış keçirilib. 
Yarışda
1 yer -8 Noyabr 
2 yer-Elementar 
3 yer-Mahşerin 5 atlısı komandaları yer tutub.
Qalib komandaları təbrik edirik.