Xəbərlər
Şərh yoxdu

6 noyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Zəfər günü münasibətilə “Mənim Azərbaycanım, adına zəfər yaraşır” mövzusunda  elmi-praktik konfrans keçirildi.

Konfrans öz işinə başlamazdan öncə filialın direktoru başda olmaqla bir qrup əməkdaşın iştirakı ilə Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhu anıldı və xatirə büstünün qarşısına tər qərənfillər qoyuldu. Sonra Şəhidlər Xiyananında əbədiyyət yuxusuna dalmış vətən oğullarının əziz xatirəsi anıldı.

Anım mərasimi bitdikdən sonra xalqımızın Zəfər gününə həsr olunmuş elmi-praktik konfrans öz işinə başladı. Konfransda filialın professor-müəllim heyəti və Pedaqoji fakültənin tələbələri iştirak edirdi.

Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhları sükutla yad edildi. Sonra Dövlət Himni səsləndirildi.

Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov  Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan Zəfər günü haqqında fəxarət hissilə danışdı. Xalqımızın milli qürur günü kimi qeyd etdiyi zəfərin asanlıqla əldə edilmədiyini vurğulayan Mobil Məcidov bizlərə bu şanlı günü bəxş edən Azərbaycan Ordusu və onun Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını ifadə etdi. Sonra məruzələr dinlənildi.

“44 günlük Vətən müharibəsindəki qələbə xalqımızın tarixi zəfəridir” mövzusunda filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Məhəmməd Hüseynov və “Azərbaycan ordusu şanlı qələbəmizin təminatçısıdır” mövzusunda filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov məruzə etdilər.

Məruzəçilər sonda xalqımıza Zəfər sevincini yaşadan Ali Baş Komandana və onun yenilməz ordusuna cansağlığı və bu uğurda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət dilədilər.

Sonra məruzələr ətrafında çıxışlar dinlənildi.

Filialın “Riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Sahib Zeynalov; “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, kafedranın gənc müəllimlərindən Sevinc Mirzəyeva, Məhəmməd Əzimov, Şəbnəm Abbasova; “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Baxış Ələsgərov, kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Anar Kərimli, müəllimlərdən Səbuhi Səfərov; “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Fəridə Mikayılova; Pedaqoji fakültənin tələbələrindən Vüsalə Baxışova, Gülsanə Bayramzadə, Aysun Şıxaliyeva, Röyal Əliyev və başqalarının nitqində səslənən ümumi bir qayə ondan ibarət oldu ki, Zəfər Günü təsadüfi qələbənin nəticəsi deyil. Ölkə başçısı İlham Əliyev başda olmaqla Azərbaycan dövləti öz gücünü ortaya qoydu və 44 gün ərzində bütün dünyaya bəyan etdi ki, Azərbaycan torpaqlarını öz gücü hesabına azad etdi.

Çıxışlardan sonra bir qrup tələbənin ifasında “Xudayar təsnifi” səsləndirildi.

Konfransın işini yekun sözü ilə bağlayan dosent Mobil Məcidov yüksək təşkilatçılığa görə konfransın təşkilat komitəsinin üzvlərinə və xüsusilə bu işdə gərgin əməyi olan filialın“İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Baxış Ələsgərova dərin təşəkkürünü bildirdi.

Təxminən iki saatdan davam edən konfrans xalqımızın Zəfər salnaməsini tarixə yazan igid oğullarımızın qanı, canı bahasına əldə edilən ərazi bütövlüyümüzün göz bəbəyitək qorunacağına sədaqət andı ilə başa çatdı.

Şəhid məzunlarımızın ailələri ziyarət olunub

Noyabrın 7-də ADPU-nun Ağcabədi filialının rəhbərliyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızdan  Zərdab rayonunun Hüseynxanlı kəndində yaşayan baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun  və Bərdə rayonu Təhlə kəndində…
07 Noy, 2024
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.