Noyabrın 7-də ADPU-nun Ağcabədi filialının rəhbərliyi 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunlarımızdan Zərdab rayonunun Hüseynxanlı kəndində yaşayan baş leytenant Abbasov Ağaqardaş İlham oğlunun və Bərdə rayonu Təhlə kəndində yaşayan Məmmədli Namiq Ağaməmməd oğlunun ailələrini ziyarət ediblər.
Onlar şəhid məzunların valideynləri ilə söhbət edib. Bildirib ki, universitet müntəzəm olaraq ADPU-nun qəhrəman məzunlarının ailələri ilə sıx təmas saxlayır, şəhidlərimizin xatirələri dərin ehtiramla yad edilir və bu hər zaman da belə olacaqdır.
Şəhid valideynləri onlara göstərilən diqqətə görə razılıqlarını bildiriblər və övladlarının vaxtı ilə təhsil aldığı ADPU-nun Ağcabədi filialını və onun böyük kollektivini özlərinə doğma bildiklərini deyiblər.
Görüş zamanı şəhidlərimizin məzarları ziyarət olunub önünə gül dəstələri qoyulub.
Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş intellektual yarış keçirilmişdir.
23.04.2026-cı il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 2026-cı il - “Şəhərsalma və Memarlıq İli” çərçivəsində WUF13-ə (BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası) dəstək…
17 noyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında “17 Noyabr – Milli Dirçəliş Günü”nün 37-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Əlamətdar gündə təşkil olunan tədbirdə şəhidlərin əziz xatirəsi hörmətlə…