Tədbirlər

“Unudulmaz Qəhrəmanlar” adlı tədbir keçirilib

27 sentyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Anım Gününə həsr olunmuş “Unudulmaz Qəhrəmanlar” adlı tədbir keçirilib, vətən uğrunda canlarından keçən qəhrəman övladların xatirələri yad olunub.
 Ordumuzun qəhrəmanlıqlarına, şanlı qələbəsinə həsr edilmiş video çarxlar nümayiş etdirilib.
Tədbirlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında gənc müəllimlərlə görüş keçirilib 

Görüşdə filialın direktoru dosent Mobil Məcidov yeni tədris ilinin başlaması münasibəti ilə müəllimləri təbrik edib onlara uğurlar arzulayıb. 

Mobil Məcidov müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü işlərin uğurla aparıldığını, filial üzrə vakant olan müəllim yerlərinin ixtisaslı kadrlarla təmin olunduğunu vurğulayıb. Bildirib ki gənclərin pedaqoji fəaliyyətə başlaması həmin Universitetdə yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir.

Mobil Məcidov  fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara  şərəfli müəllim peşəsində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, yeni işə qəbul edilən gənclər respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəsilin yetişdirilməsində səy göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Tədbirdə gənc müəllimlər də çıxış edərək fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər

Xəbərlər

“Oriyentasiya Günü”keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında ilk dəfə olaraq ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya Günü”keçirilib. Tədbirdə tələbələr universitet həyatı ilə tanış olub, universitet barədə ətraflı  məlumat əldə ediblər.

I tədris ilinin tələbələri üçün gün boyu təşkil olunan təqdimatlarda universitetin tarixi, məzunları, tədris prosesi, tələbə təşkilatları və digər mövzular barədə məlumatlar çatdırılıb.

Tədbirlər

ilk dərs saatları Anım gününə həsr edilib.

27 sentyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında ilk dərs saatları Anım  gününə həsr edilib.
Belə ki, Universitet rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə Universitetdə Vətən müharibəsi iştirakçılarının şərəfinə yaradılmış guşə ziyarət edilib. Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Universitetin direktoru dosent Mobil Məcidov çıxış edərək Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən bəhs edib. Direktor qeyd edib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun rəşadəti, xalq və dövlətin sarsılmaz birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılıb.
 Daha sonra Universitet rəhbərliyi Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş şəhid baş leytenant Əvdil Quliyevin qızı Nərmin Quliyevanı ziyarət edib, qayğıları ilə maraqlanıb və öz dəstəyini bir daha ifadə edib.
Xəbərlər

Anım Günü

27 Sentyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidov, filialın əməkdaşları və tələbələri Şəhidlər xiyabanına gedərək doğma vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşüb canlarını fəda etmiş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış əsgər, zabitlərimiz və bütün şəhidlərimizin xatirəsini ehtiramla yad edib, məzarları önünə gül dəstələri qoyublar.

Xəbərlər

Vətən Müharibəsi şəhidi baş leytenant Əvdil Quliyevin xatirəsi anılıb.

ətən Müharibəsi şəhidi baş leytenant Əvdil Quliyevin  xatirəsi anılıb. 
05.09.2024-cü il tarixdə Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş şəhid baş leytenant Əvdil Quliyevin  xatirəsi ehtiramla anılıb. 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru dosent Mobil Məcidov, filialın struktur  rəhbərləri və filial əməkdaşları Vətən Müharibəsi şəhidi Əvdil Quliyevin ailəsini ziyarət edərək ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.
Görüşdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq qeyd olunub ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulacaq və  bizə zəfər sevinci, qalibiyyət qüruru bəxş edən şəhidlərimizin xatirəsi əbədi yaşayacaqdır.
Dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır.
Şəhidimiz baş leytenant Əvdil Quliyev 2020-ci ilin iyul ayında Tovuz hadisələrindən sonra orduya yazılmaq üçün könüllü müraciət edib. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başladıqdan sonra oktyabrın 1-də SHXÇDX-nın Beyləqan rayon şöbəsi tərəfindən xidmətə çağırılıb. O, Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. 
Əvdil Quliyev noyabrın 7-də Şuşakənd istiqamətində gedən döyüşlərdə şəhid olan zabit yoldaşına kömək etmək istəyərkən düşmən tərəfindən açılan snayper atəşi ilə şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Əvdil Quliyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “İgidliyə görə” medallar və “Vətənə xidmətə görə” 3-cü dərəcəli orden  ilə təltif edilib.
Elanlar Xəbərlər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеtinin Ağcabədi filialı qeyd olunan kafedralar üzrə vakant müəllim vəzifələrini  tutmaq üçün müsabiqə elan edir

Şərh yoxdu
  1. Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrası;
  2. İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası kafedrası;
  3. Riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrası (riyaziyyat müəllimi, fizika müəllimi);
  4. Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası (İngilis dili müəllimi).

 

Müsabiqədə elmi-pedaqoji təcrübəyə, müvafiq elmi ad və dərəcələrə malik olan, ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən magistr elmi ixtisas dərəcəli şəxslər iştirak edə bilərlər. Müraciət edən namizədlərdən aşağıdakılar tələb olunur:

– kompüterdən (office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığı;

– tədrisin onlayn formada təşkili üzrə bacarıqlar;

– yüksək peşə-ixtisas və mənəvi keyfiyyətlər.

 

Sənədlər:

– Şəxsiyyəti təsdiq edən sənədin surəti;

– Diplom və diploma əlavələrin surəti;

– Əmək kitabçasının surəti.

         Sənədlər bu elan qəzеtdə və adpuagcabedi.edu.az saytında dərc olunan gündən 30 gün müddətində elektron qaydada qəbul edilir.

 

E-poçt: adpu_aqcabedi@mail.ru

             adpuagcabedi.edu.az

 

Ünvan: AZ-0400. Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, 210

 

DİREKTORLUQ