Tədbirlər
Şərh yoxdu

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsinə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı nümayəndələrinin infoturu təşkil olunub. Məlumatlandırma turunda ali təhsil müəssisəsinin bir qrup tələbəsi və pedaqoji heyətinin üzvləri iştirak ediblər.

Tələbələr arasında “Sosial iş” ixtisası üzrə təhsil alan, həssas kateqoriyalara aid şəxslər də yer alıb. İnfotur iştirakçıları şöbənin fəaliyyəti, xidmət istiqamətləri və inklüzivliyin təşviqi istiqamətində görülən işlər, “Könüllü DOST” proqramı barədə məlumatlandırılıblar. Həmçinin onlar müxtəlif yaradıcılıq sahələri üzrə təlim prosesinə qoşulub, bacarıqlarını sınayıblar.

III Təhsil Menecerləri Forumu keçirilib.

Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçirilib. Formda ADPU-nun Ağcabədi filialının əməkdaşları və tələbələri də iştirak ediblər. Qeyd edək…
21 Dek, 2025
0 Comment

ADPU-nun Ağcabədi filialının tələbəsi Qənbər Ağayevin Prezident İLHAM ƏLİYEVLƏ Ağdam rayonunun Kəngərli kəndinin açılışından səmimi görüntüləri

4 qat dünya çempionu, 2 dəfə dünya kubokunun sahibi, 7 qat Azərbaycan çempionu, Prezident kubokunun sahibi, Asiya çempionu, idman ustalığına namizəd, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının “Tarix müəllimliyi” ixtisasının…
11 May, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.