Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Həmkarlar İttifaqı Komitəsinin görüşü keçirilib

Şərh yoxdu

19 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Həmkarlar İttifaqı Komitəsinin üzvvlərlə görüşü keçirilib. Görüşdə ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev və idarə heyətinin üzvü Hüseyn Hacıyev iştirak ediblər. 

Görüşdə filialın ictimai həyatında və həmkarlar təşkilatının keçirdiyi bütün tədbirlərdə fəal iştirakına görə 6 əməkdaş fəxri fərman və pul mükafatı ilə təltif olunub.

Tədbirlər Xəbərlər

Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən maarifləndirici görüş keçirilib

Şərh yoxdu

18 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən maarifləndirici görüş keçirilib. Görüşün məqsədi tələbələrin təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması olub.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II tədris ili tələbələrinin pedaqoji müşahidəsi

Şərh yoxdu

14 may 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II tədris ili tələbələri Ağcabədi rayonunun 2 nömrəli tam orta məktəbində pedaqoji müşahidə aparmışdılar. Tədris prosesini yaxından izləmək məqsədilə reallaşdırılan bu müşahidə zamanı tələbələr real dərs mühitini, müəllim-şagird və şagird-şagird interaksiyasını dərindən analiz etmək imkanı qazanmışlar.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Peşə Məktəbi ilə birgə sərgi təşkil olunub

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Peşə Məktəbi ilə birgə sərgi təşkil olunub

12 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və Ağcabədi Peşə Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Böyük liderin izi ilə” adlı rəsm və bacarıqlar sərgisi keçirilib.

Sərgi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmək məqsədi daşıyıb.

Hər iki təhsil müəssisəsinin tələbələrinin hazırladıqları rəsm və əl işləri vasitəsilə Heydər Əliyevin zəngin dövlətçilik irsi, Vətənə və xalqa olan sonsuz sevgisi bədii ustalıqla nümayiş etdirilib.

Tədbir ADPU-nun Ağcabədi filialının “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevil Cəfərovanın rəhbərliyi və təşkilatçılığı ilə baş tutub.

Sərgidə Ağcabədi Peşə Məktəbinin müəllim və tələbə kollektivi fəal iştirak edərək öz yaradıcılıq nümunələrini təqdim ediblər. Tələbələrin əl işləri iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Bu müştərək tədbir təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi və gənclərin Ulu Öndərin ideyaları ətrafında sıx birləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında “Sağlam Düşüncə, Sağlam Gələcək” mövzusunda tədbir keçirilib

Şərh yoxdu

8 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında 10 May – Psixologiya Gününə həsr olunmuş “Sağlam Düşüncə, Sağlam Gələcək” adlı maarifləndirici tədbir keçirilmişdir.
Tədbir filialın “Tədrisin idarə olunması” şöbəsinin müdiri, “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Şəbnəm Abbasovanın və “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının III tədris ilinin (TSPX2301B qrupu) tələbələrinin birgə təşkilatçılığı ilə baş tutub.
Proqram çərçivəsində tələbələr tərəfindən müxtəlif psixoloji seansları canlandıran səhnəciklər nümayiş olunmuş, kollektiv meditasiya seansı təqdim edilmiş və auditoriya ilə interaktiv sual-cavab sessiyası aparılmışdır. İştirakçılar tərəfindən böyük maraqla qarşılanan bu tədbir gənclərin psixoloji maariflənməsi, emosional zəkanın inkişafı və sağlam düşüncə tərzinin təbliği baxımından xüsusi əhəmiyyət kəsb edib.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında maarifləndirici tədbir keçirilib

Şərh yoxdu

8 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Erkən nikah və ifrat dini meyilliliyə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov mövzunun aktuallığını vurğulayıb. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə iştirak edən Ağcabədi Rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis mayoru Taleh Abbasov erkən nikahların və radikal dini meyillərin fərd və cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edib. O, gənclərin sağlam mühitdə formalaşmasının və düzgün maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Çıxışlar zamanı qeyd olunub ki, savadlı, milli-mənəvi dəyərlərə sadiq və sağlam düşüncəli gəncliyin yetişdirilməsi dövlətimizin gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Tələbələr tərəfindən böyük maraqla qarşılanan tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Elmi Konfranslar Fotolar Tədbirlər Xəbərlər

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ilinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti ” mövzusunda elmi-praktik konfrans keçirilib.

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib
06 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın təhsil siyasəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.
Konfransın əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Daha sonra Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan, xalqımız və dövlətimiz qarşısındakı tarixi xidmətlərindən, xüsusilə Azərbaycan elminin və təhsilinin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən videoçarx nümayiş olunmuşdur.
Konfransda filial rəhbərliyi, professor-müəllim heyəti, müxtəlif illərin məzunları və tələbələr iştirak etmişlər.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Ümummilli Liderin təhsil strategiyasının bu gün uğurla davam etdirildiyini və bu sahədə əldə olunan nailiyyətlərin məhz həmin uzaqgörən siyasətin bəhrəsi olduğunu vurğulamışdır.
Konfransın plenar iclasında aşağıdakı mövzularda məruzələr dinlənilmişdir:
• Dosent Seymur Süleymanov (Tədris və elmi işlər üzrə direktor müavini): “Heydər Əliyevin Azərbaycanın təhsil siyasətinin formalaşmasında rolu”;
• Əlizadə Nəcəfov (Tarix üzrə fəlsəfə doktoru, baş müəllim): “Heydər Əliyev və Azərbaycanda ali məktəbin inkişafı”;
• Tahir Kərimli (Pedaqogika üzrə fəlsəfə doktoru, kafedra müdiri): “Heydər Əliyev irsində ideya-siyasi tərbiyə və pedaqoji prosesdə ondan istifadə”.
Məruzələr ətrafında aparılan müzakirələrdən sonra konfrans öz işini dörd bölmə üzrə davam etdirmişdir. Ümumilikdə 113 məruzənin dinlənildiyi bölmə iclaslarında Heydər Əliyev ideyalarının müasir təhsil metodologiyasına təsiri geniş təhlil olunmuşdur.
Sonda filialın direktoru, dosent Mobil Məcidov konfransın yüksək səviyyədə təşkil olunmasında əməyi keçən əməkdaşlara təşəkkürünü bildirmiş və iştirakçılara sertifikatlar təqdim etmişdir.