ADPU-nun Ağcabədi filialında Peşə Məktəbi ilə birgə sərgi təşkil olunub
12 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və Ağcabədi Peşə Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Böyük liderin izi ilə” adlı rəsm və bacarıqlar sərgisi keçirilib.
Sərgi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmək məqsədi daşıyıb.
Hər iki təhsil müəssisəsinin tələbələrinin hazırladıqları rəsm və əl işləri vasitəsilə Heydər Əliyevin zəngin dövlətçilik irsi, Vətənə və xalqa olan sonsuz sevgisi bədii ustalıqla nümayiş etdirilib.
Tədbir ADPU-nun Ağcabədi filialının “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevil Cəfərovanın rəhbərliyi və təşkilatçılığı ilə baş tutub.
Sərgidə Ağcabədi Peşə Məktəbinin müəllim və tələbə kollektivi fəal iştirak edərək öz yaradıcılıq nümunələrini təqdim ediblər. Tələbələrin əl işləri iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Bu müştərək tədbir təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi və gənclərin Ulu Öndərin ideyaları ətrafında sıx birləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.























