Tədbirlər Xəbərlər
Şərh yoxdu

8 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Erkən nikah və ifrat dini meyilliliyə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov mövzunun aktuallığını vurğulayıb. Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra müasir Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə iştirak edən Ağcabədi Rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis mayoru Taleh Abbasov erkən nikahların və radikal dini meyillərin fərd və cəmiyyət üçün yaratdığı təhlükələrdən bəhs edib. O, gənclərin sağlam mühitdə formalaşmasının və düzgün maarifləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Çıxışlar zamanı qeyd olunub ki, savadlı, milli-mənəvi dəyərlərə sadiq və sağlam düşüncəli gəncliyin yetişdirilməsi dövlətimizin gələcəyi üçün strateji əhəmiyyət kəsb edir. Tələbələr tərəfindən böyük maraqla qarşılanan tədbirin sonunda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

“Karyera planlaması və mən” mövzusunda təlim keçirilib.

14 mart 2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və Sirr Academy-nin birgə təşkilatçılığı ilə "Karyera planlaması və mən" mövzusunda təlim keçirilib. Təlim Sirr Academy-nin təsisçi direktoru Samir Zamanov tərəfindən aparılıb. Təlimdə 50-dən…
14 Mar, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.