Xəbərlər

Gənclər üçün pedaqoji karyera planlaması və müasir çağırışlar

Şərh yoxdu
Azərbaycan Dövlət Pedaqoji Üniversitesinin Ağcabədi fililalında ” Gənclər üçün pedaqoji karyera planlaması və müasir çağırışlar”  mövzusunda  panel müzakirə təşkil edilib.
 Moderator qismində ADPU-nin Ağcabədi filialının TGT sədri Fəxriyyə Cəfərli, panelistlər qismində isə Yeni Abituriyent Təhsil Mərkəzinin icraçı direktoru Şöyüf Səfərov, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun məsləhətçisi Nərminə Əmirova, Qarabağ Regional Məşğulluq filialının Ağcabədi rayon xidmət şöbəsinin baş mütəxəssisi-karyera məsləhətçisi Zeynal Məmmədov, Gənclər üçün Təhsil Mərkəzində sosial işçi Hökmdar Səfərzadə iştirak edib.
Panel müzakirədə “Təhsil işçiləri üçün müasir karyera perspektivləri: Müəllimlikdən idarəçiliyə”, “Müasir iş bazarının tələbləri və təhsildə yeni bacarıqların inkişaf etdirilməsi”, “Gənclər üçün pedaqoji karyeranın üstünlükləri və çətinlikləri”, “İnklüziv təhsil və sosial işçinin rolu” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.
Tədbirlər

ADPU-nun Ağcabədi filialında Novruz bayramı qeyd edilib

Şərh yoxdu
ADPU-nun Ağcabədi filialında Novruz bayramı qeyd edilib
Martın 18-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Novruz Bayramı münasibətilə bayram tədbiri keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.Çıxış edən filialın direktoru Mobil Məcidov iştirakçıları milli adət-ənənələrin daşıyıcısı, xalqımızın sevimli bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edib. Sonra tələbələrin hazırladıqları Novruz süfrələri arasından bir süfrə ən yaxşı Novruz süfrəsi seçilərək “Fəxri Fərman”la təltif edilib. Tədbirin bədii hissəsində tələbələrin hazırladıqları səhnəciklər nümayiş olunub, musiqi və rəqs kompozisiyaları  təqdim edilib.Sonda xatirə şəkilləri çəkdirilib.
Tədbirlər

Ağcabədidə Novruz bayramı böyük təntənə ilə qeyd olunub.

Şərh yoxdu
17 mart 2025-ci il tarixdə Ağcabədi şəhər Heydər Əliyev meydanında keçirilən Ümumrayon tədbirində RİH başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları, idarə, təşkilat və müəssisələrin kollektivləri, ziyalılar, rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
 Əvvəlcə bayram tonqalı alovlandırıldıqdan sonra tədbir iştirakçıları bayram münasibətilə təşkil edilmiş əl işləri və xalq sənətkarlığı nümunələrindən ibarət sərgi ilə tanış olublar.
 Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov Ağcabədililəri bayram münasibətilə təbrik edərək, onlara can sağlığı, ruzi-bərəkət və firəvanlıq arzulayıb. Sonra Dədə Qorqudla Bahar qızı şənlik iştirakçılarına xoş arzularını çatdırıb, elimizə, obamıza sülh, əmin-amanlıq diləyiblər.
 Sonra rayon idmançıları nümunəvi çıxışlar nümayiş etdiriblər. 
 Bayram tədbiri şən və rəngarəng konsert proqramı ilə davam etmişdir
Xəbərlər

“Karyera planlaması və mən” mövzusunda təlim keçirilib.

Şərh yoxdu

14 mart 2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və Sirr Academy-nin birgə təşkilatçılığı ilə “Karyera planlaması və mən” mövzusunda təlim keçirilib.

Təlim Sirr Academy-nin təsisçi direktoru Samir Zamanov tərəfindən aparılıb. Təlimdə 50-dən çox tələbə iştirak etmişdir. 

Təlim zamanı tələbələrə işçi vərəqləri təqdim olunub və praktiki tapşırıqlar vasitəsilə karyera planlaması, məqsəd qoyma və şəxsi inkişaf mövzularında interaktiv müzakirələr aparılıb.

Samir Zamanov tələbələrə uğurlu karyera yolunun qurulması, hədəflərin müəyyən olunması və inkişaf istiqamətləri ilə bağlı dəyərli bilik və tövsiyələrini verib.

Sonda tələbələr ADPU-nun Ağcabədi filialı və Sirr Academy-ə təşəkkür edərək, bu cür maarifləndirici tədbirlərin davamlı olmasını arzulayıblar.

Elanlar

“Məktəbəqədər təhsil” ixtisasında tədris aparan müəllimlər üçün MOODLE LMS təlimi

Şərh yoxdu
04.03.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşəbbüsü ilə kafedranın müəllimləri Sübhanə Xudaverdiyeva və Şəbnəm Bünyadzadə tərəfindən “Məktəbəqədər təhsil” ixtisasında tədris aparan müəllimlər üçün MOODLE LMS təlimin 5 mərhələli tədrisinin ilk mərhələsi baş tutub.    Qeyd: Təlim hər həftənin II günü saat 09:30-dan 12:00-dək keçirilir.