Azərbaycan Dövlət Pedaqoji Üniversitesinin Ağcabədi fililalında ” Gənclər üçün pedaqoji karyera planlaması və müasir çağırışlar” mövzusunda panel müzakirə təşkil edilib.
Moderator qismində ADPU-nin Ağcabədi filialının TGT sədri Fəxriyyə Cəfərli, panelistlər qismində isə Yeni Abituriyent Təhsil Mərkəzinin icraçı direktoru Şöyüf Səfərov, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun məsləhətçisi Nərminə Əmirova, Qarabağ Regional Məşğulluq filialının Ağcabədi rayon xidmət şöbəsinin baş mütəxəssisi-karyera məsləhətçisi Zeynal Məmmədov, Gənclər üçün Təhsil Mərkəzində sosial işçi Hökmdar Səfərzadə iştirak edib.
Panel müzakirədə “Təhsil işçiləri üçün müasir karyera perspektivləri: Müəllimlikdən idarəçiliyə”, “Müasir iş bazarının tələbləri və təhsildə yeni bacarıqların inkişaf etdirilməsi”, “Gənclər üçün pedaqoji karyeranın üstünlükləri və çətinlikləri”, “İnklüziv təhsil və sosial işçinin rolu” mövzuları ətrafında bir sıra önəmli fikirlər səsləndirilib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.
Layihənin məqsədi gənclərin təhsil aldıqları ixtisas barədə məlumatlılığının artırılması, gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etməkdir.
26 sentyabr 2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Anım Gününə həsr olunmuş tədbir keçirilib, vətən uğrunda canlarından keçən qəhrəman övladların xatirələri yad olunub. Ordumuzun qəhrəmanlıqlarına, şanlı qələbəsinə həsr edilmiş video…
ADPU-nun Ağcabədi filialında Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. 24 oktyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası”…