Xəbərlər
Şərh yoxdu

14 mart 2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və Sirr Academy-nin birgə təşkilatçılığı ilə “Karyera planlaması və mən” mövzusunda təlim keçirilib.

Təlim Sirr Academy-nin təsisçi direktoru Samir Zamanov tərəfindən aparılıb. Təlimdə 50-dən çox tələbə iştirak etmişdir. 

Təlim zamanı tələbələrə işçi vərəqləri təqdim olunub və praktiki tapşırıqlar vasitəsilə karyera planlaması, məqsəd qoyma və şəxsi inkişaf mövzularında interaktiv müzakirələr aparılıb.

Samir Zamanov tələbələrə uğurlu karyera yolunun qurulması, hədəflərin müəyyən olunması və inkişaf istiqamətləri ilə bağlı dəyərli bilik və tövsiyələrini verib.

Sonda tələbələr ADPU-nun Ağcabədi filialı və Sirr Academy-ə təşəkkür edərək, bu cür maarifləndirici tədbirlərin davamlı olmasını arzulayıblar.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi tərəfindən maarifləndirici görüş təşkil olunub.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi tərəfindən maarifləndirici görüş təşkil olunub.   Görüşün məqsədi regionda həssas əhali qruplarından olan şəxslərə…
21 Fev, 2026
0 Comment

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibəti ilə konfrans keçirilib

08.05.2025-ci il tarixdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci il dönümü münasibəti ilə konfrans keçirilib. Konfransda ADPU-nun Ağcabədi filialının dosentləri Məhəmməd Hüseynov və…
09 May, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.