Tədbirlər Xəbərlər

Elmi Şuranın növbəti iclası keçirilib.

Şərh yoxdu

25 dekabr 2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında 2025/2026-cı tədris ili üçün Elmi Şuranın növbəti iclası keçirilib. İclasda filialın Pedaqoji fakültəsinin “Tarix müəllimliyi” ixtisası üzrə IV tədris ili tələbəsi Qəmbər Ağayev təltif olunub. Qeyd edək ki, Qənbər Ağayev 4–7 dekabr 2025-ci il tarixlərində Türkiyənin Bursa şəhərində keçirilən Alpaqut Turan Türk Döyüş Sənəti üzrə 5-ci Dünya Çempionatında İran, Türkiyə və İraq təmsilçilərinə tam üstünlük göstərərək 5-ci dəfə Dünya Çempionu titulunu qazanmışdır. Filialın direktoru dosent Mobil Məcidov bu münasibətlə Q. Ağayevi Elmi Şura üzvləri adından təbrik etdi və bundan sonrakı fəaliyyətində yeni-yeni uğurlar arzuladı.


 

Tədbirlər Xəbərlər

“Konstitusiya və Suverenlik” ilinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib.

Şərh yoxdu

22 dekabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik” ilinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqənin əsas məqsədi tələbələrdə konstitusiya hüquqları, dövlətçilik prinsipləri və suverenlik anlayışının dərk olunmasını təmin etmək, eyni zamanda onların yazı bacarıqlarını inkişaf etdirmək olub. Müxtəlif ixtisaslar üzrə iştirak edən tələbələr bilik və yaradıcılıqlarını nümayiş etdirərək mövzuya fərqli yanaşmalar sərgiləyiblər.

Tədbirlər Xəbərlər

III Təhsil Menecerləri Forumu keçirilib.

Şərh yoxdu

Dekabrın 20-də Azərbaycan Dövlət İqtisad Universiteti və Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Bakıda III Təhsil Menecerləri Forumu keçirilib.
Formda ADPU-nun Ağcabədi filialının əməkdaşları və tələbələri də iştirak ediblər.
Qeyd edək ki, forum çərçivəsində Təhsil Texnologiyaları Sərgisi də təşkil edilib. Sərgi təhsil sahəsində çalışan mütəxəssislərə ən müasir texnoloji yenilikləri bir arada görmək, təcrübədən keçirmək və innovativ həllərlə tanış olmaq imkanı yaradıb. Yeni nəsil interaktiv tədris texnologiyaları, rəqəmsal təhsil və LMS platformaları,İKT əsaslı idarəetmə və monitorinq sistemləri, məktəblər üçün innovativ proqram və tətbiqlər, robotika, STEAM və VR/AR təhsil mühitləri, smart cihazlar, ölçüləbilən tədris alətləri izləyicilərə təqdim olunub. “Təhsilin gələcəyi ilə tanış olun” devizi ilə açılan sərgi təhsil liderləri üçün texnologiya ilə daha yaxından tanış olmaq, müasir həllər seçmək və yeni əməkdaşlıqlar qurmaq üçün yaxşı fürsətlərdən biri kimi dəyərəndirilir.

Dördüncü Təhsil Menecerləri Forumu 2026-cı ildə keçiriləcək.

Tədbirlər Xəbərlər

ADPU Ağcabədi filialında STEAM üzrə nümunə dərslərə start verilib.

Şərh yoxdu

17.12.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında STEAM fənninin bütün ixtisaslara mərhələli şəkildə inteqrasiyasına dəstək məqsədilə “Tədrisin idarə olunması” şöbəsi və “Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının birgə təşkilatçılığı ilə “Fizika ,riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Səbuhi Quliyev tərəfindən nümunə dərslərə start verilib.

Tədbirlər Xəbərlər

“Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi” mövzusunda təlim keçirilib.

Şərh yoxdu

18 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “İnsan resursları və kargüzarlıq” şöbəsinin müdürü Vüsalə Məhərrəmovanın təşkilatçılığı ilə “Əmək Münasibətləri və Məşğulluq Alt Sistemi” mövzusunda təlim keçirilib.

Təlim zamanı əmək münasibətlərinin elektron idarə olunması ilə bağlı vacib və aktual mövzular ətraflı şəkildə izah edilib. İştirakçılar aşağıdakı mövzular üzrə məlumatlandırılıblar:

🔹 Əmək müqaviləsinin onlayn imzalanması
🔹 İşəgötürən və işçilər arasında rəsmi yazışmaların aparılması
🔹 İş yerinə dair arayışın verilməsi qaydası
🔹 İşdən qısamüddətli icazənin alınması proseduru
🔹 “SİMA-İMZA” sistemindən istifadə qaydaları

Tədbirlər Xəbərlər

“XXI əsrin müəllimi” təliminin II mərhələsinə start verilib

Şərh yoxdu

15.12.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında “Tədrisin İdarə Olunması Şöbəsi” və “Tələbə Elmi Cəmiyyətinin” birgə təşkilatçılığı ilə “XXI əsrin müəllimi: müasir müəllimin kimliyi” mövzusunda iki günlük modul tipli təlimin ikinci mərhələsinə start verilib.

Müasir müəllim obrazının formalaşdırılmasına yönəlmiş bu təlim iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklər qazandıran zəngin bir platforma olub.