Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında “Körpü” təhsil mərkəzinin təqdimatı keçirilib

Şərh yoxdu

19-21 may 2026-cı il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında yeni fəaliyyətə başlayan “Körpü” təhsil mərkəzinin layihə rəhbəri Nərmin İsayevanın tələbələrlə məlumatlandırma görüşü təşkil olunub.

Filialın bütün ixtisas qrupları ilə keçirilən görüşlərdə tələbələrə mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, yay mövsümündə mərkəzdə 7-13 yaşlı uşaqlar üçün təşkil olunacaq “Yay məktəbi”nə könüllü müəllimlərin cəlb edilməsi məsələsi diqqətə çatdırılıb. Görüş zamanı tələbələrə könüllülük proqramının şərtləri, onlara qazandıracağı təcrübə və təklif olunan üstünlüklər barədə geniş məlumat təqdim edilib.

Fotolar Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında karyera planlaması seminarı keçirilib

Şərh yoxdu

20 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında tələbələr üçün karyera planlamasına dair seminar təşkil olunub.

Seminar təhsil mütəxəssisi, filoloq Kamil Talıb və filoloq, kurikulum üzrə təlimçi İstək Paşazadə tərəfindən idarə edilib. Maraqlı keçən görüşdə “öz potensialını kəşf etmə yolları”, “təhsildən karyeraya doğru real istiqamətlər” və “MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında yüksək nəticə göstərmək üçün effektiv üsullar” mövzuları ətrafında geniş müzakirələr aparılıb.

Seminar çərçivəsində tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara gələcək fəaliyyətlərində uğur qazanmaq üçün praktiki tövsiyələr verilib.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Həmkarlar İttifaqı Komitəsinin görüşü keçirilib

Şərh yoxdu

19 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında Həmkarlar İttifaqı Komitəsinin üzvvlərlə görüşü keçirilib. Görüşdə ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Vaqif Əliyev və idarə heyətinin üzvü Hüseyn Hacıyev iştirak ediblər. 

Görüşdə filialın ictimai həyatında və həmkarlar təşkilatının keçirdiyi bütün tədbirlərdə fəal iştirakına görə 6 əməkdaş fəxri fərman və pul mükafatı ilə təltif olunub.

Tədbirlər Xəbərlər

Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən maarifləndirici görüş keçirilib

Şərh yoxdu

18 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən maarifləndirici görüş keçirilib. Görüşün məqsədi tələbələrin təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması olub.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II tədris ili tələbələrinin pedaqoji müşahidəsi

Şərh yoxdu

14 may 2026-cı il tarixində ADPU-nun Ağcabədi filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisasının II tədris ili tələbələri Ağcabədi rayonunun 2 nömrəli tam orta məktəbində pedaqoji müşahidə aparmışdılar. Tədris prosesini yaxından izləmək məqsədilə reallaşdırılan bu müşahidə zamanı tələbələr real dərs mühitini, müəllim-şagird və şagird-şagird interaksiyasını dərindən analiz etmək imkanı qazanmışlar.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Peşə Məktəbi ilə birgə sərgi təşkil olunub

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Peşə Məktəbi ilə birgə sərgi təşkil olunub

12 may 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialı və Ağcabədi Peşə Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Böyük liderin izi ilə” adlı rəsm və bacarıqlar sərgisi keçirilib.

Sərgi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, milli-mənəvi dəyərləri təbliğ etmək və Ulu Öndərin əziz xatirəsini ehtiramla yad etmək məqsədi daşıyıb.

Hər iki təhsil müəssisəsinin tələbələrinin hazırladıqları rəsm və əl işləri vasitəsilə Heydər Əliyevin zəngin dövlətçilik irsi, Vətənə və xalqa olan sonsuz sevgisi bədii ustalıqla nümayiş etdirilib.

Tədbir ADPU-nun Ağcabədi filialının “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevil Cəfərovanın rəhbərliyi və təşkilatçılığı ilə baş tutub.

Sərgidə Ağcabədi Peşə Məktəbinin müəllim və tələbə kollektivi fəal iştirak edərək öz yaradıcılıq nümunələrini təqdim ediblər. Tələbələrin əl işləri iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Bu müştərək tədbir təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi və gənclərin Ulu Öndərin ideyaları ətrafında sıx birləşməsi baxımından xüsusi əhəmiyyət kəsb edib.