Tədbirlər Xəbərlər
Şərh yoxdu

19-21 may 2026-cı il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında yeni fəaliyyətə başlayan “Körpü” təhsil mərkəzinin layihə rəhbəri Nərmin İsayevanın tələbələrlə məlumatlandırma görüşü təşkil olunub.

Filialın bütün ixtisas qrupları ilə keçirilən görüşlərdə tələbələrə mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, yay mövsümündə mərkəzdə 7-13 yaşlı uşaqlar üçün təşkil olunacaq “Yay məktəbi”nə könüllü müəllimlərin cəlb edilməsi məsələsi diqqətə çatdırılıb. Görüş zamanı tələbələrə könüllülük proqramının şərtləri, onlara qazandıracağı təcrübə və təklif olunan üstünlüklər barədə geniş məlumat təqdim edilib.

“Məktəbəqədər təhsil” ixtisasında tədris aparan müəllimlər üçün MOODLE LMS təlimin 5 mərhələli tədrisinin V mərhələsi baş tutub

17.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşəbbüsü ilə kafedranın müəllimləri Sübhanə Xudaverdiyeva və Şəbnəm Bünyadzadə tərəfindən “Məktəbəqədər təhsil” ixtisasında tədris aparan müəllimlər…
18 Apr, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.