18.09.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Milli Musiqi Günü münasibəti ilə “Üzeyir Hacıbəyov və azərbaycançılıq” mövzusunda tədbir keçirilib.








18.09.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Milli Musiqi Günü münasibəti ilə “Üzeyir Hacıbəyov və azərbaycançılıq” mövzusunda tədbir keçirilib.








15 sentyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialının direktoru dosent Mobil Məcidovun təşəbbüsü ilə yeni qəbul olunmuş tələbələrin valideynləri ilə maarifləndirici görüş keçirilib. Görüş zamanı filialın təhsil strategiyası, tələbə uğurlarının artırılması, valideynlərin təhsildə rolu, həmçinin universitetin maddi-texniki bazası, tədris mühiti və tələbələr üçün yaradılmış imkanlar haqqında ətraflı məlumat verilib. Görüş interaktiv şəkildə keçib, valideynlərin təklif və suallarına cavab verilib, qarşılıqlı əməkdaşlığın gücləndirilməsi məqsədi vurğulanıb.





ADPU-nun Ağcabədi filialında uğurlu məzunlarla görüş keçirilib.
11 sentyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında təhsildə fərqlənmiş və uğurlu karyera qurmuş məzunlarla görüş keçirilib. Görüşə filialın direktoru dosent Mobil Məcidov rəhbərlik edib.
Səmimi şəraitdə baş tutan tədbirdə çay süfrəsi təşkil olunub, məzunlarla təcrübə və xatirələr bölüşülüb. Tədbirin sonunda uğurlu fəaliyyətlərinə görə məzunlara “Təşəkkürnamə”lər təqdim olunub.












ADPU-nun Ağcabədi filialında növbəti ildə tədris aparacaq müəllimlərin ixtisaslar üzrə aktiv dərs dinləmələri davam etməkdədir.
08 sentyabr 2025-ci il tarixdə təşkil olunan dinləmələr “İnglis dili müəllimliyi” və “Fizika müəllimliyi” ixtisaslarını əhatə edib. Bu ixtisaslar üzrə müəllimlər Nərmin Maqsudova, Fəridə Məmmədova və Gülarə İsgəndərovanın aktiv dərs nümunələrində ADPU-nun Ağcabədi filialının rəhbərliyi və müəllim heyəti iştirak edib.
Sonra iştirakçılar müəllimlərə suallar ünvanlayıb onlara fəaliyyətlərində uğurlar arzulayıblar.










AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİNİN AĞCABƏDİ FİLİALI
2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsinə tələbə qəbulu elan edir.
I qrup üzrə
✅ Riyaziyyat müəllimliyi – 20 yer
✅ Riyaziyyat və informatika (rəqəmsal bacarıqlar) müəllimliyi – 30 yer
III qrup üzrə
✅ Azərbaycan dili və ədəbiyyatı müəllimliyi – 25 yer
✅ Tarix müəllimliyi – 25 yer
✅ Məktəbəqədər təhsil – 20 yer
✅ Təhsildə sosial-psixoloji xidmət – 30 yer
✅ Xarici dil müəllimliyi (ingilis dili üzrə)-20 yer
✅ Sosial iş – 40 yer
Ünvan: Ağcabədi şəhəri, Ü.Hacıbəyli pr. 210
Tel.: +994 50 335-21-08
ABİTURİYENTLƏRİN NƏZƏRİNƏ!
Bildiyiniz kimi bütün ixtisas qrupları üzrə ixtisas seçimi 11-19 avqust 2025-ci il tarixlərində həyata keçiriləcək. ADPU-nun Ağcabədi filialında təhsil almaq istəyən abituriyentlərin ixtisas seçiminə köməklik göstərmək məqsədilə filialda “Abituriyentə dəstək Mərkəzi” yaradılmışdır. Abituriyentlər “Elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, ixtisas seçimi zamanı diqqət edilməli olan məsələlər, ADPU-nun Ağcabədi filialında kadr hazırlığı həyata keçirilən bütün ixtisaslar haqqında ətraflı məlumat almaq üçün “Abituriyentə dəstək Mərkəzi”nə müraciət edə bilərlər.
Mərkəz 11 avqustdan etibarən ADPU-nun Ağcabədi filialının tədris binasında saat 10:00-dan 17:00-a qədər fəaliyyət göstərəcəkdir.
Əlaqə vasitələri:
adpu.agcabedi.filiali@adpu.edu.az
Əlaqə nömrəsi:
+994 50 321 66 78 Mütəxəssis Yaşar İslamov
+994 50 347 68 48 Mütəxəssis Qurban Qurbanov
UĞURLU GƏLƏCƏK, BİZİMLƏ GƏLƏCƏK!