Tədbirlər
Şərh yoxdu

23 fevral 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “XX əsrin dəhşətli faciəsi – Xocalı soyqırımı” mövzusunda anım tədbiri keçirilib.

       Tədbiri filialın direktoru dos.Mobil Məcidov açıq elan etdi. Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.

          Filialın direktoru dos.Mobil Məcidov çıxış edərək tarixən ermənilərin xalqımızın başına gətirdikləri faciələrdən, zaman-zaman tarixi torpaqlarımızı işğal etmələrindən danışıb. Mobil Məcidov bildirib ki, Xocalı qurbanlarının, bütün şəhidlərimizin qisası alınıb, işğal altındakı torpaqlarımız azad olunub, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa edilib. Biz buna Azərbaycan xalqının birliyi, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi zamanı rəşadətli Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə nəticəsində nail olduq. İndi Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirməli, iqtisadi qüdrətimizi artırmalı, ordumuzu gücləndirməliyik. Hazırda Qarabağda irimiqyaslı bərpa və yenidənqurma işləri gedir, tezliklə məskunlaşma daha böyük vüsət alacaq və biz öz dədə-baba torpaqlarımızda əbədi yaşayacağıq.

        Sonra filialın tərbiyə işləri üzrə direktor müavini dos.Mahir Səlimov çıxş edərək Xocalı soyqırımının tariximizdə ən dəhşətli faciə olduğunu, dinc insanların məqsədli şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyini söyləyib. Qeyd olunub ki, 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca qəddarcasına öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Həmin gecə 1275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. “Bunları nəzərə alaraq biz tarixən başımıza gətirilən belə faciələrdən nəticə çıxarmalıyıq, bu faciələrin gələcəkdə unudulmasına yol verməməliyik”, – deyə Mahir Səlimov bildirib.

   Tədbirin sonunda Xocalı faciəsi  qurbanlarına həsr olunmuş video çarx izlənilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.

ELAN


This will close in 20 seconds