09 fevral 2024-cü il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi Filialında Həmkarlar İttifaqı Komitəsinin Hesabat-seçki yığıncağı keçirildi. Yığıncaqda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev və təşkilat komitəsi idarə heyətinin üzvü Hüseyn Hacıyev də iştirak edirdi. İclası Həmkarlar İttifaqı komitəsinin filial üzrə sədri p.ü.f.d., b/m. Tahir Kərimli açıq elan etdi.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Dövlət Himni səsləndirildi.
Yığıncağı aparmaq üçün təşkilat komitəsi idarə heyətinin üzvü Hüseyn Hacıyev sədr, katib isə filialın baş müəllimi Qərənfil Rzayeva seçildi. Sədr hesabat-seçki yığıncağının gündəliyində duran məsələləri iştirakçıların diqqətinə çatdırdı. Gündəlik səsə qoyulub qəbul edildikdən sonra I məsələnin müzakirəsinə başlanıldı.
Filialın Həmkarlar İttifaqı Təşkilatının sədri p.ü.f.d., b/m. Tahir Kərimli Həmkarlar İttifaqı Komitəsinin hesabat ili ərzində gördüyü işlər haqqında ətraflı məruzə etdi. Məruzə ətrafında çıxışlar dinlənildi, sonra filialın Həmkarlar İttifaqı təşkilatının yeni idarə heyəti seçildi. Yığıncağın sonunda Filialın ictimai həyatında fəal iştirak edən bir qrup əməkdaşlar fəxri fərman və pul mükafatı ilə təltif olundu.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Əliyev və təşkilat komitəsi idarə heyətinin üzvü Hüseyn Hacıyev verilən sualları cavablandıraraq filialın kollektivinə və seçilmiş yeni heyətə gələcək işlərində uğurlar arzu etdilər.