Tədbirlər
Şərh yoxdu

29 mart 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında əməkdaşların Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbər nümayəndələri ilə görüşü keçirildi. Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, Ümumi işlər üzrə prorektor dosent Tural Cəlilov və Azərbaycan Dövlət Pedaqoji Universiteti rektorunun müşaviri Ümid Mehdiyev iştirak edirdilər.

Filialın direktoru, dosent Mobil Məcidov qonaqları salamladıqdan sonra sözü Tədris işləri üzrə prorektor dosent Eldar Aslanova verdi.

Filial əməkdaşları ilə görüşdən məmnunluq ifadə edən Eldar Aslanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin yaranma tarixi, Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmrinə əsasən 2022-ci ildə 100 illik yubiley tədbirinin böyük coşğu ilə keçirilməsindən danışdı. Qeyd etdi ki, Azərbaycan Respublikası Elm və Təhsil naziri cənab Emin Əmrullayevin müvafiq əmrinə əsasən bir qrup əməkdaş “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə,“Fəxri Fərman”la və “Yubiley medalı” ilə təltif olunmuşlar ki, onların sıralarında ADPU-nun Ağcabədi filialının əməkdaşları da vardır.

Sərəncama görə filial əməkdaşlarından dos. Ələsgərov Baxış İslam oğlu və dos. Zeynalov Sahib Adıgözəl oğlu “Azərbaycan Respublikası Qabaqcıl təhsil işçisi” döş nişanı ilə; dos. Süleymanov Seymur Elman oğlu “Fəxri Fərman”la, dos. Səlimov Mahir Məhəmmədəli oğlu, dos. Hümmətov Əliqulu Mədət oğlu, dos. Allahverdiyev Vaqif Saleh oğlu, dos. Səmədov Yaqub Abbasqulu oğlu, t.ü.f.d., baş müəllim Nəcəfov Əlizadə Şəmil oğlu və p.ü.f.d., baş müəllim Kərimli Tahir Mehdixan oğlu isə “Yubiley medalı” ilə təltif olundular.

Sonda qonaqlarla xatirə şəkli çəkildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.

ELAN


This will close in 20 seconds