ADPU-nun Ağcabədi filialının “Tarix müəllimliyi” ixtisasının IIl tədris ilinin tələbəsi Qənbər Ağayev 05-08 Dekabr 2024-cü il tarixlərində Gürcüstanın Kutaisi şəhərində keçirilən Alpaqut döyüş sənəti üzrə Dünya kuboku (18-35) yaş (60-65) kq -da Caymaz sistemi üzrə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O iki Türkvə bir Gürcü idmançılarına qalib gələrək 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, Qənbər Ağayev Alpaqut Turan Döyüş sənəti üzrə 4 qat Dünya çempionu, 6 qat Respublika çempionu, 2 dəfə Prezident Kubokunun sahibi, 2 dəfə dünya kubokunun sahibi, Avrasiya çempionu və bunlarla yanaşı Alpaqut turan türk döyüş sənəti üzrə İdman ustalığına namizəd və Məşqçi adına layiq görülüb.
25 noyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə həyata keçirilən 4 həftəlik “Ustad dərsləri”nin ikinci mərhələsi keçirilib. Bu mərhələdə “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası”…
24.06.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında ənənəvi Məzun Günü tədbiri keçirilib. Universitetin həyətində açıq havada təşkil olunan tədbirdə 2024/2025-ci tədris ilini uğurla başa vurmuş məzunlar, onların valideynləri, professor-müəllim heyəti, universitet…
“Payız düşüncələri” adlı ədəbi-bədii tədbir keçirilib 26 noyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanın təşkilatçılığı ilə Azərbaycan dili və…