Tələbələr Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Tarix və Vətənpərvərlik” Klubunun təşkilatçılığı ilə tələbə gənclərin Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiyası təşkil olunub.



“XXI əsrin müəllimi” təliminin II mərhələsinə start verilib
15.12.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında “Tədrisin İdarə Olunması Şöbəsi” və “Tələbə Elmi Cəmiyyətinin” birgə təşkilatçılığı ilə “XXI əsrin müəllimi: müasir müəllimin kimliyi” mövzusunda iki günlük modul tipli təlimin ikinci mərhələsinə start verilib.
Müasir müəllim obrazının formalaşdırılmasına yönəlmiş bu təlim iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklər qazandıran zəngin bir platforma olub.




“XXI əsrin müəllimi” mövzusunda təlimə start verilib
Tədrisin İdarə Olunması Şöbəsi və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə “XXI əsrin müəllimi: müasir müəllimin kimliyi” mövzusunda iki günlük modul tipli təlimə start verilib.
Təlimin birinci modulu 11 dekabr 2025-ci il tarixində Tədrisin İdarə Olunması Şöbəsinin müdiri, müəllim Şəbnəm Abbasova tərəfindən yüksək peşəkarlıqla həyata keçirilib.
Müasir müəllim obrazının formalaşdırılmasına yönəlmiş bu təlim iştirakçılar üçün həm nəzəri, həm də praktiki biliklərlə zəngin bir platforma yaradıb.




ADPU Ağcabədi filialında Ulu Öndərin xatirəsi anıldı
12.12.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının kollektivi Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib.
Daha sonra Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş anım tədbiri keçirilib.







ADPU Ağcabədi filialı və Peşə Məktəbindən birgə STEAM təlimi
ADPU-nun Ağcabədi filialı ilə Ağcabədi Peşə Məktəbi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində növbəti birgə fəaliyyət uğurla həyata keçirilib.
Filialın Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrasının müəllimi Qurbanov Qurban Fikrət oğlu Ağcabədi Peşə Məktəbinin “Kompüterlərin təmiri və xidməti üzrə texnik” ixtisası üzrə ümumi orta təhsil bazasında təhsil alan tələbələri üçün STEAM təhsil modeli üzrə praktiki-tədris sessiyası keçib.
Təlim zamanı tələbələr:
– STEAM yanaşmasının real istehsalat proseslərində tətbiqi mexanizmləri,
– müasir texniki avadanlıqlarla işləmə nümunələri,
– layihə əsaslı öyrənmə metodlarının üstünlükləri ilə tanış olublar.
Bu təşəbbüs hər iki müəssisənin əsas məqsədinə – peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına – birbaşa xidmət edir. Memoranduma uyğun olaraq birgə fəaliyyətlər davam etdiriləcək və yaxın aylarda daha genişmiqyaslı praktiki təlimlər, seminarlar və innovativ tədris layihələri həyata keçiriləcək.


Ağcabədidə tələbələr üçün sahibkarlıq təliminə start verilib.
Ağcabədidə “Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı” layihəsinin icrası davam edir və layihənin icrası çərçivəsində növbəti qruplar üçün təlimlərə start verilib. İlk olaraq Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialının tələbəsi olan gənclərin iqtisadi düşüncə tərzinin inkişafı və yaradıcılığa əsaslanan biznes ideyalarının formalaşdırılması məqsədilə “Sahibkarlığa giriş və biznes ideyasının formalaşdırılması” mövzusu üzrə birinci modul təlim təşkil olunub.
Təlimin əsas məqsədi iştirakçılarda sahibkarlıqla bağlı anlayışları dərinləşdirmək, ideya formalaşdırma bacarıqlarını inkişaf etdirmək və real problemlərə innovativ yanaşma vərdişləri aşılamaqdır.
Təlimdə interaktiv oyun və praktiki tapşırıqlar əsasında iştirakçılara sahibkarlığın mahiyyəti, iqtisadi sistemdəki rolu, fərdi təşəbbüskarlığın əhəmiyyəti və müasir sahibkarların xarakterik xüsusiyyətləri haqqında məlumatlar verilib, suallar cavablandırılıb. Müzakirələr zamanı iştirakçılar risk almaq cəsarəti, innovativ düşüncə, əzmkarlıq, komanda qurmaq bacarığı kimi uğurlu sahibkarların əsas keyfiyyətlərini analiz ediblər. Təlimin gedişində iştirakçılara sahibkarlıq fəaliyyətinin seçimi məsələsinə iqtisadi yanaşma təqdim olunub. Gəlir, xərc, mühasibat mənfəəti, alternativ xərc, alternativ dəyər, iqtisadi mənfəət anlayışları izah olunub.
Təlimin sonunda iştirakçılara güclü və zəif tərəflərin, imkanların və təhdidlərin təhlilini həyata keçirən SWOT təhlili haqqında geniş məlumat verilib. Bu anlayışlar, gənclərin öz biznes ideyalarını daha mükəmməl formalaşdırmalarına və qarşılaşa biləcəkləri riskləri düzgün qiymətləndirmələrinə kömək edəcək. Eyni zamanda, iştirakçılara SWOT təhlili əsasında komanda tapşırıqları verilib və onlar birgə əməkdaşlıq edərək öz ideyalarını bu yanaşma ilə qiymətləndirdilər.
“Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı” layihəsinin həyata keçirilməsinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi – KOBİA tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsi çərçivəsində qrant ayrılıb.






Tələbələr İnklüziv Təhsil Mərkəzində təcrübə qazandılar
09 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə I və III tədris ilinin tələbələri Filialın Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə Ağcabədi Rayon İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində olublar.
Səfər zamanı tələbələr mərkəzin fəaliyyəti ilə yaxından tanış olub, inklüziv təhsilin təşkili, psixoloji dəstək və sosial adaptasiya ilə bağlı nəzəri və praktiki biliklər əldə ediblər. Bu təşəbbüs tələbələrin peşəkar bacarıqlarının inkişafı baxımından əhəmiyyətli rol oynayır.





Ağcabədidə ağacəkmə aksiyası keçirilib
“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağcabədi rayonunun Zəfər prospektində ağacəkmə aksiyası keçirilib.
Aksiyada ADPU-nun Ağcabədi filialının əməkdaşları və tələbələr də fəal iştirak ediblər. Ərazinin iqlim şəraitinə uyğun olaraq seçilmiş 200 ədəd şam ağacı və 300 ədəd meyvə ağacı əkilib. 


Tələbələrin STEAM və Rəqəmsal Bacarıqlar Ekskursiyası
03 dekabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialının “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə IV tədris ilinin tələbələri Ağcabədi şəhər 8 saylı tam orta məktəbdə ekskursiyada olublar.
Ekskursiya çərçivəsində tələbələr məktəbdə yaradılmış STEAM və Rəqəmsal bacarıqlar otaqları ilə yaxından tanış olmuş, şagirdlərlə birlikdə 3D modellər hazırlayaraq praktiki biliklərini tətbiq etmək imkanı qazanmışlar.














