Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU-nun Ağcabədi filialı ilə Ağcabədi Peşə Məktəbi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində növbəti birgə fəaliyyət uğurla həyata keçirilib.

Filialın Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrasının müəllimi Qurbanov Qurban Fikrət oğlu Ağcabədi Peşə Məktəbinin “Kompüterlərin təmiri və xidməti üzrə texnik” ixtisası üzrə ümumi orta təhsil bazasında təhsil alan tələbələri üçün STEAM təhsil modeli üzrə praktiki-tədris sessiyası keçib.

Təlim zamanı tələbələr:
– STEAM yanaşmasının real istehsalat proseslərində tətbiqi mexanizmləri,
– müasir texniki avadanlıqlarla işləmə nümunələri,
– layihə əsaslı öyrənmə metodlarının üstünlükləri ilə tanış olublar.

Bu təşəbbüs hər iki müəssisənin əsas məqsədinə – peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi və tələbələrin əmək bazarına daha hazırlıqlı çıxmasına – birbaşa xidmət edir. Memoranduma uyğun olaraq birgə fəaliyyətlər davam etdiriləcək və yaxın aylarda daha genişmiqyaslı praktiki təlimlər, seminarlar və innovativ tədris layihələri həyata keçiriləcək.

Maarifləndirici görüş keçirilib

05.05.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti fondu tərəfindən təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə filialın tələbələri…
05 May, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.