Tədbirlər Xəbərlər

“Payız düşüncələri” adlı ədəbi-bədii tədbir keçirilib

Şərh yoxdu

“Payız düşüncələri” adlı ədəbi-bədii tədbir keçirilib

26 noyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanın təşkilatçılığı ilə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının tələbələrinin iştirakı ilə “Payız düşüncələri” adlı tədbir keçirilib.

Tədbirdə tələbələr payız mövzusunda şeirlər səsləndirib, bədii çıxışlarla fəal iştirak ediblər. Məqsəd tələbələrdə ədəbi-estetik zövqün formalaşdırılması, yaradıcı düşüncə və təqdimetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Elmi Konfranslar Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının əməkdaşları Beynəlxalq konfransda iştirak edib

Şərh yoxdu

ADPU Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.

27–28 noyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Türkiyənin Çankaya Universitetinin birgə təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransı (IQC 2025)” keçirilib.

IQC-nin əsas məqsədi ali təhsildə keyfiyyət təminatı, akkreditasiya, tədris və öyrənmə prosesləri, tələbə yönümlü təhsil, rəqəmsal transformasiya və institusional keyfiyyət idarəçiliyi kimi sahələrdə çalışan alimləri, tədqiqatçıları, pedaqoqları və qərarvericiləri bir araya gətirərək nəzəri bilik, tədqiqat nəticələri və yaxşı təcrübələrin paylaşılmasına şərait yaratmaqdır.

Qeyd edək ki, IQC Konfransı indiyədək Berlin, Paris, İstanbul, Vyana, Roma, Barselona, Praqa və Quarda kimi bir sıra tanınmış elmi mərkəzlərdə təşkil olunmuş və beynəlxalq akademik ictimaiyyət arasında geniş nüfuz qazanmışdır.

Screenshot
Screenshot
Screenshot
Screenshot


Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında “Ustad dərsləri”nin ikinci mərhələsi keçirilib.

Şərh yoxdu

25 noyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə həyata keçirilən 4 həftəlik “Ustad dərsləri”nin ikinci mərhələsi keçirilib.
Bu mərhələdə “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev “Nizami ədəbi məktəbinin davamçıları H.Təbrizi və M.Füzulinin yaradıcılığında Nizami ənənələri, ‘Leyli və Məcnun’ poemalarının fərqli cəhətləri” mövzusunda ustad dərsi təqdim edib.
Dərs zamanı tələbələr tərəfindən verilən suallar əsasında fikir mübadiləsi aparılıb, müzakirələr olub. Müəllimlərin də fəal iştirakı dərsin maraqlı və interaktiv keçməsinə şərait yaradıb.
✨ Məqsəd – gənc tədqiqatçıların ədəbi düşüncə, yaradıcılıq və təqdimetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Tədbirlər Xəbərlər

I tədris ilinin tələbələri üçün “MOODLE” və rəqəmsal bacarıqlar üzrə təlimlər keçirilib

Şərh yoxdu

17–24 noyabr 2025-ci il tarixlərində ADPU-nun Ağcabədi filialında Fizika, Riyaziyyat, İnformatika və onların tədrisi texnologiyası kafedrasının müəllimi Qurbanov Qurban tərəfindən “MOODLE platforması ilə tanışlıq, rəqəmsal bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlimlər keçirilib.

Təlimlər Tələbələrə akademik xidmət və məzunlarla iş şöbəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə I tədris ilinin tələbələri üçün təşkil olunub. Məqsəd tələbələrin rəqəmsal mühitdə effektiv işləmə bacarıqlarını artırmaq və onlara MOODLE təhsil platformasından düzgün istifadə qaydalarını öyrətmək olub.

Tədbirlər Xəbərlər

“Ustad dərsləri” layihəsinə elmi-start: Hafizə və yaddaş proseslərinə dair ilk dərs

Şərh yoxdu

20 noyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə 4 həftəlik “Ustad dərsləri” layihəsinə start verilib.

Layihə çərçivəsində keçirilən ilk dərs “Hafizə və onun prosesləri”, “Hafizə qanunları”, “Hafizənin patologiyası və möhkəmləndirilməsi” mövzularına həsr olunub. Dərs Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının müdiri, p.ü.f.d, b/m., Tahir Kərimli tərəfindən təqdim olunub.

Tahir müəllim hafizə ilə bağlı elmi əsaslara söykənən, eyni zamanda interaktiv formada dərs keçərək yaddaşın işləmə mexanizmləri, informasiyanın qavranması və yadda saxlanması prosesi haqqında tələbələrə geniş məlumat verib.

✨ Dərsin əsas məqsədi — gənc tədqiqatçıların elmi təfəkkürünü inkişaf etdirmək və tələbələrin nəzəri-praktiki bilik və bacarıqlarını artırmaqdır.