Elmi Konfranslar Tədbirlər Xəbərlər
Şərh yoxdu

ADPU Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransa ev sahibliyi edib.

27–28 noyabr 2025-ci il tarixlərində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyənin Ali Təhsilin Keyfiyyəti Şurası (YÖKAK), Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Türkiyənin Çankaya Universitetinin birgə təşkilatçılığı ilə “Ali Təhsildə Keyfiyyət üzrə Beynəlxalq Konfransı (IQC 2025)” keçirilib.

IQC-nin əsas məqsədi ali təhsildə keyfiyyət təminatı, akkreditasiya, tədris və öyrənmə prosesləri, tələbə yönümlü təhsil, rəqəmsal transformasiya və institusional keyfiyyət idarəçiliyi kimi sahələrdə çalışan alimləri, tədqiqatçıları, pedaqoqları və qərarvericiləri bir araya gətirərək nəzəri bilik, tədqiqat nəticələri və yaxşı təcrübələrin paylaşılmasına şərait yaratmaqdır.

Qeyd edək ki, IQC Konfransı indiyədək Berlin, Paris, İstanbul, Vyana, Roma, Barselona, Praqa və Quarda kimi bir sıra tanınmış elmi mərkəzlərdə təşkil olunmuş və beynəlxalq akademik ictimaiyyət arasında geniş nüfuz qazanmışdır.

Screenshot
Screenshot
Screenshot
Screenshot


Ağcabədidə ağacəkmə aksiyası keçirilib

“Regional İnkişaf” İctimai Birliyi (RİİB) və “100 gün – 100 təşəbbüs” aksiyasına qoşulan Ağcabədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağcabədi rayonunun Zəfər prospektində ağacəkmə…
10 Dek, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.