25 noyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə həyata keçirilən 4 həftəlik “Ustad dərsləri”nin ikinci mərhələsi keçirilib.
Bu mərhələdə “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Vaqif Allahverdiyev “Nizami ədəbi məktəbinin davamçıları H.Təbrizi və M.Füzulinin yaradıcılığında Nizami ənənələri, ‘Leyli və Məcnun’ poemalarının fərqli cəhətləri” mövzusunda ustad dərsi təqdim edib.
Dərs zamanı tələbələr tərəfindən verilən suallar əsasında fikir mübadiləsi aparılıb, müzakirələr olub. Müəllimlərin də fəal iştirakı dərsin maraqlı və interaktiv keçməsinə şərait yaradıb.
✨ Məqsəd – gənc tədqiqatçıların ədəbi düşüncə, yaradıcılıq və təqdimetmə bacarıqlarının inkişaf etdirilməsidir.






