20 noyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Gənc Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə 4 həftəlik “Ustad dərsləri” layihəsinə start verilib.
Layihə çərçivəsində keçirilən ilk dərs “Hafizə və onun prosesləri”, “Hafizə qanunları”, “Hafizənin patologiyası və möhkəmləndirilməsi” mövzularına həsr olunub. Dərs Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası kafedrasının müdiri, p.ü.f.d, b/m., Tahir Kərimli tərəfindən təqdim olunub.
Tahir müəllim hafizə ilə bağlı elmi əsaslara söykənən, eyni zamanda interaktiv formada dərs keçərək yaddaşın işləmə mexanizmləri, informasiyanın qavranması və yadda saxlanması prosesi haqqında tələbələrə geniş məlumat verib.
✨ Dərsin əsas məqsədi — gənc tədqiqatçıların elmi təfəkkürünü inkişaf etdirmək və tələbələrin nəzəri-praktiki bilik və bacarıqlarını artırmaqdır.




































































