12.12.2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialının kollektivi Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad edib. Daha sonra Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Dövlət və xalq üçün yaşanan ömür” mövzusunda tədbir keçirilib.
ADPU-nun Ağcabədi filialının “Tarix müəllimliyi” ixtisasının IIl tədris ilinin tələbəsi Qənbər Ağayev 05-08 Dekabr 2024-cü il tarixlərində Gürcüstanın Kutaisi şəhərində keçirilən Alpaqut döyüş sənəti üzrə Dünya kuboku (18-35) yaş (60-65) kq -da Caymaz sistemi üzrə bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O iki Türkvə bir Gürcü idmançılarına qalib gələrək 1-ci yerə layiq görülüb.
Qeyd edək ki, Qənbər Ağayev Alpaqut Turan Döyüş sənəti üzrə 4 qat Dünya çempionu, 6 qat Respublika çempionu, 2 dəfə Prezident Kubokunun sahibi, 2 dəfə dünya kubokunun sahibi, Avrasiya çempionu və bunlarla yanaşı Alpaqut turan türk döyüş sənəti üzrə İdman ustalığına namizəd və Məşqçi adına layiq görülüb.
05 dekabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının təşkilatçılığı ilə Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Söz mülkünün sultanı” mövzusunda Elmi-praktik konfrans keçirilib.
Dekabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası“ kafedrasının müəllimi Sevinc Mirzəyevanın təşkilatçılığı ilə “03 Dekabr- Beynəlxalq Əlilliyi olan şəxslər günü” münasibəti ilə “İnklüziv Təhsil Bərabərhüquqlu Cəmiyyətin Təməlidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının professor-müəllim heyəti, əlilliyi olan uşaqlar və onlara xidmət göstərən Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşları və tələbələr iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müdiri p.ü.f.d., b\m, Tahir Kərimli tədbir iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətindən danışıb. İnklüziv, bərabərhüquqlu cəmiyyətin yaranması üçün inklüziv təhsilin önəmini xüsusi vurğulayıb.
Daha sonra videoçarx nümayiş etdirilib.
Mövzu ətrafında çıxışlar dinlənilib: Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin əməkdaşı Bayramzadə Kəmalə, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası“ kafedrasının müdiri dos. Baxış Ələsgərov, “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası“ kafedrasının t.ü.f.d., b\m. Anar Kərimli, Cəmiyyətimizdə inklüziv təhsilin yeri və rolu, İnklüziv təhsilin gələcək prespektivləri kimi mövzular ilə bağlı ətraflı çıxış ediblər.
Mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.
Eyni zamanda GTM Qarabağ ofisinin könüllüləri və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələri tərəfindən əlilliyi olan uşaqlara 5 bacarığın inkişafı ilə əlaqədar olaraq oyunlar, praktiki məşğələlər keçirilib. Uşaqlar əyləncəli fəaliyyətlərə qoşularaq əylənərək öyrəniblər.
Sonra isə “İnklüziv Təhsil və Uşaq İnkişaf” mərkəzindən tədbirimizdə iştirak edən gül balalarımızın hazırladıqları rəqsə tamaşa edilib. Sonda Gül balalarımıza hədiyyələr təqdim olunub.