Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr edilmiş “Söz mülkünün sultanı” mövzusunda Elmi-praktik konfrans
“03 Dekabr- Beynəlxalq Əlilliyi olan şəxslər günü”













Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə, xüsusi təyinatlı texnikalar, xilasetmə alət və avadanlıqlarının istifadə qaydaları, taktiki-texniki göstəriciləri barədə ətraflı məlumat verilib. FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Tədbir zamanı suallar ətraflı cavablandırılıb.
Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümü
21.11.2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Yeni Azərbaycan Partiyasının yaranmasının 32-ci ildönümünə həsr olunmuş “Heydər Əliyevin Dövlətçilik fəlsəfəsində yeni Azərbaycan Partiyasının yeri və rolu” mövzusunda tədbir keçirilib.
ADPU-nun Ağcabədi filialında 8 noyabr – Zəfər gününə həsr olunmuş elmi-praktik konfrans keçirilib
6 noyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Zəfər günü münasibətilə “Mənim Azərbaycanım, adına zəfər yaraşır” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfrans öz işinə başlamazdan öncə filialın direktoru başda olmaqla bir qrup əməkdaşın iştirakı ilə Ulu Öndər Heydər Əliyevin müqəddəs ruhu anıldı və xatirə büstünün qarşısına tər qərənfillər qoyuldu. Sonra Şəhidlər Xiyananında əbədiyyət yuxusuna dalmış vətən oğullarının əziz xatirəsi anıldı.
Anım mərasimi bitdikdən sonra xalqımızın Zəfər gününə həsr olunmuş elmi-praktik konfrans öz işinə başladı. Konfransda filialın professor-müəllim heyəti və Pedaqoji fakültənin tələbələri iştirak edirdi.
Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs ruhları sükutla yad edildi. Sonra Dövlət Himni səsləndirildi.
Konfransı giriş sözü ilə açan filialın direktoru, dosent Mobil Məcidov Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan Zəfər günü haqqında fəxarət hissilə danışdı. Xalqımızın milli qürur günü kimi qeyd etdiyi zəfərin asanlıqla əldə edilmədiyini vurğulayan Mobil Məcidov bizlərə bu şanlı günü bəxş edən Azərbaycan Ordusu və onun Ali Baş Komandanı cənab İlham Əliyevə minnətdarlığını ifadə etdi. Sonra məruzələr dinlənildi.
“44 günlük Vətən müharibəsindəki qələbə xalqımızın tarixi zəfəridir” mövzusunda filialın “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının dosenti Məhəmməd Hüseynov və “Azərbaycan ordusu şanlı qələbəmizin təminatçısıdır” mövzusunda filialın tədris və elmi işlər üzrə direktor müavini, dosent Seymur Süleymanov məruzə etdilər.
Məruzəçilər sonda xalqımıza Zəfər sevincini yaşadan Ali Baş Komandana və onun yenilməz ordusuna cansağlığı və bu uğurda canından keçmiş şəhidlərimizə Allahdan rəhmət dilədilər.
Sonra məruzələr ətrafında çıxışlar dinlənildi.
Filialın “Riyaziyyat, informatika və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Sahib Zeynalov; “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, kafedranın gənc müəllimlərindən Sevinc Mirzəyeva, Məhəmməd Əzimov, Şəbnəm Abbasova; “İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Baxış Ələsgərov, kafedranın baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Anar Kərimli, müəllimlərdən Səbuhi Səfərov; “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Fəridə Mikayılova; Pedaqoji fakültənin tələbələrindən Vüsalə Baxışova, Gülsanə Bayramzadə, Aysun Şıxaliyeva, Röyal Əliyev və başqalarının nitqində səslənən ümumi bir qayə ondan ibarət oldu ki, Zəfər Günü təsadüfi qələbənin nəticəsi deyil. Ölkə başçısı İlham Əliyev başda olmaqla Azərbaycan dövləti öz gücünü ortaya qoydu və 44 gün ərzində bütün dünyaya bəyan etdi ki, Azərbaycan torpaqlarını öz gücü hesabına azad etdi.
Çıxışlardan sonra bir qrup tələbənin ifasında “Xudayar təsnifi” səsləndirildi.
Konfransın işini yekun sözü ilə bağlayan dosent Mobil Məcidov yüksək təşkilatçılığa görə konfransın təşkilat komitəsinin üzvlərinə və xüsusilə bu işdə gərgin əməyi olan filialın“İctimai, təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri, dosent Baxış Ələsgərova dərin təşəkkürünü bildirdi.
Təxminən iki saatdan davam edən konfrans xalqımızın Zəfər salnaməsini tarixə yazan igid oğullarımızın qanı, canı bahasına əldə edilən ərazi bütövlüyümüzün göz bəbəyitək qorunacağına sədaqət andı ilə başa çatdı.
Gənc müəllimlərlə görüş keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında gənc müəllimlərlə görüş keçirilib
Görüşdə filialın direktoru dosent Mobil Məcidov yeni tədris ilinin başlaması münasibəti ilə müəllimləri təbrik edib onlara uğurlar arzulayıb.
Mobil Məcidov müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü işlərin uğurla aparıldığını, filial üzrə vakant olan müəllim yerlərinin ixtisaslı kadrlarla təmin olunduğunu vurğulayıb. Bildirib ki gənclərin pedaqoji fəaliyyətə başlaması həmin Universitetdə yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir.
Mobil Məcidov fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara şərəfli müəllim peşəsində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, yeni işə qəbul edilən gənclər respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəsilin yetişdirilməsində səy göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Tədbirdə gənc müəllimlər də çıxış edərək fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.