Xəbərlər

Heydər Əliyev Mərkəzi ziyarət edilib

Azərbaycan Dövlət Pedaqoji Universiteti Ağcabədi filialının Tələbə Gənclər təşkilatı (TGT) nəzdində fəaliyyət göstərən “Tarix və Vətənpərvərlik” klubunun təşkilatçılığı ilə filialın bir qrup tələbəsi Ağcabədi rayon Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Onlar Ulu Öndər Heydər Əliyevin zəngin irsi ilə tanış olublar, onun ölkə üçün əvəzsiz xidmətlərini daha dərindən anlamaq imkanı əldə ediblər. 
Sonda tələbələr Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış olmuşlar.
Tədbirlər

Təhsil Tələbə Krediti fondu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti fondu tərəfindən təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə filialın l tədris ilinin tələbələri ilə maarifləndirici görüş keçirilib.

Tədbirlər

“Unudulmaz Qəhrəmanlar” adlı tədbir keçirilib

27 sentyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Anım Gününə həsr olunmuş “Unudulmaz Qəhrəmanlar” adlı tədbir keçirilib, vətən uğrunda canlarından keçən qəhrəman övladların xatirələri yad olunub.
 Ordumuzun qəhrəmanlıqlarına, şanlı qələbəsinə həsr edilmiş video çarxlar nümayiş etdirilib.
Tədbirlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında gənc müəllimlərlə görüş keçirilib 

Görüşdə filialın direktoru dosent Mobil Məcidov yeni tədris ilinin başlaması münasibəti ilə müəllimləri təbrik edib onlara uğurlar arzulayıb. 

Mobil Məcidov müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü işlərin uğurla aparıldığını, filial üzrə vakant olan müəllim yerlərinin ixtisaslı kadrlarla təmin olunduğunu vurğulayıb. Bildirib ki gənclərin pedaqoji fəaliyyətə başlaması həmin Universitetdə yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir.

Mobil Məcidov  fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara  şərəfli müəllim peşəsində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, yeni işə qəbul edilən gənclər respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəsilin yetişdirilməsində səy göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.

Tədbirdə gənc müəllimlər də çıxış edərək fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər

Xəbərlər

“Oriyentasiya Günü”keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında ilk dəfə olaraq ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya Günü”keçirilib. Tədbirdə tələbələr universitet həyatı ilə tanış olub, universitet barədə ətraflı  məlumat əldə ediblər.

I tədris ilinin tələbələri üçün gün boyu təşkil olunan təqdimatlarda universitetin tarixi, məzunları, tədris prosesi, tələbə təşkilatları və digər mövzular barədə məlumatlar çatdırılıb.

Tədbirlər

ilk dərs saatları Anım gününə həsr edilib.

27 sentyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında ilk dərs saatları Anım  gününə həsr edilib.
Belə ki, Universitet rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə Universitetdə Vətən müharibəsi iştirakçılarının şərəfinə yaradılmış guşə ziyarət edilib. Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Universitetin direktoru dosent Mobil Məcidov çıxış edərək Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən bəhs edib. Direktor qeyd edib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun rəşadəti, xalq və dövlətin sarsılmaz birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılıb.
 Daha sonra Universitet rəhbərliyi Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş şəhid baş leytenant Əvdil Quliyevin qızı Nərmin Quliyevanı ziyarət edib, qayğıları ilə maraqlanıb və öz dəstəyini bir daha ifadə edib.