Görüşdə filialın direktoru dosent Mobil Məcidov yeni tədris ilinin başlaması münasibəti ilə müəllimləri təbrik edib onlara uğurlar arzulayıb.
Mobil Məcidov müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü işlərin uğurla aparıldığını, filial üzrə vakant olan müəllim yerlərinin ixtisaslı kadrlarla təmin olunduğunu vurğulayıb. Bildirib ki gənclərin pedaqoji fəaliyyətə başlaması həmin Universitetdə yaradılmış yüksək təhsil şəraitinin nəticəsidir.
Mobil Məcidov fəaliyyətə başlayan gənc kadrları təbrik edərək onlara şərəfli müəllim peşəsində uğurlar arzulamış və əmin olduğunu bildirmişdir ki, yeni işə qəbul edilən gənclər respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəsilin yetişdirilməsində səy göstərəcək, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklər.
Tədbirdə gənc müəllimlər də çıxış edərək fəaliyyətləri haqqında danışıb və onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər