27 sentyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında ilk dərs saatları Anım gününə həsr edilib.
Belə ki, Universitet rəhbərliyi, müəllim heyəti və tələbələrin iştirakı ilə Universitetdə Vətən müharibəsi iştirakçılarının şərəfinə yaradılmış guşə ziyarət edilib. Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Universitetin direktoru dosent Mobil Məcidov çıxış edərək Vətən müharibəsində igid, cəsur, qəhrəman oğullarımızın göstərdikləri şücaətlərdən bəhs edib. Direktor qeyd edib ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun rəşadəti, xalq və dövlətin sarsılmaz birliyi ilə 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara yazılıb.
Daha sonra Universitet rəhbərliyi Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda böyük rəşadət və igidlik göstərərək şəhidlik zirvəsinə yüksəlmiş şəhid baş leytenant Əvdil Quliyevin qızı Nərmin Quliyevanı ziyarət edib, qayğıları ilə maraqlanıb və öz dəstəyini bir daha ifadə edib.
4 qat dünya çempionu, 2 dəfə dünya kubokunun sahibi, 7 qat Azərbaycan çempionu, Prezident kubokunun sahibi, Asiya çempionu, idman ustalığına namizəd, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının “Tarix müəllimliyi” ixtisasının…
ADPU-nun Ağcabədi filialında sahibkarlıq yönümlü layihə təqdim olunub. 21 oktyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında “Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı” layihəsi çərçivəsində tədbir keçirilib. Layihə rəhbəri…
ADPU-nun Ağcabədi filialında Tələbə Həmkarlar İttifaqı Komitəsinin yeni sədri, Qurban Fikrət oğlu Qurbanov THİK-in yeni üzvü seçilən tələbələrlə görüş keçirib. İclas zamanı komitənin qarşıda duran fəaliyyət planı, görüləcək işlər və…