Tədbirlər Xəbərlər

Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin unudulmayan faciəsi” mövzusunda anım tədbiri keçirilib.

Şərh yoxdu

26.02.2026-cı il tarixdə ADPU-nun Ağcabədi filialında Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin unudulmayan faciəsi” mövzusunda anım tədbiri keçirilib.

Tədbirdən öncə iştirakçılar Ağcabədi şəhərində yerləşən Qəhrəmanlar Parkını ziyarət ediblər. Burada Xocalı soyqırımı qurbanlarının və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların göstərdikləri qəhrəmanlıq və fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı vurğulanıb. Ziyarət gənclərdə vətənpərvərlik ruhunun daha da güclənməsinə töhfə verib.

Daha sonra tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı soyqırımı qurbanlarının, eləcə də Vətən müharibəsində şəhid olmuş igidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Filial rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər 1992-ci ilin 26 fevral tarixində Xocalıda törədilmiş dəhşətli qətliam haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biridir və bu faciə xalqımızın qan yaddaşına əbədi həkk olunub. Bildirilib ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması hər bir azərbaycanlının mənəvi borcudur.

Tədbir çərçivəsində Xocalı faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələr soyqırımı qurbanlarının xatirəsinə ithaf olunmuş şeirlər səsləndiriblər. Onların duyğulu çıxışları iştirakçılar tərəfindən dərin təsir və hüznlə qarşılanıb.

Sonda çıxış edənlər belə tədbirlərin gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, tarixi yaddaşın qorunub saxlanılması və Xocalı həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.

Tədbirlər Xəbərlər

İnsan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Şərh yoxdu

24 fevral 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında insan alverinə qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Ağcabədi Rayon Polis Şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı Elmir Dəmirçiyev iştirak etmiş, insan alverinin fəsadları, bu cinayət növünə qarşı aparılan mübarizə tədbirləri və vətəndaşların maarifləndirilməsinin əhəmiyyəti barədə ətraflı məlumat vermişdir.

Tədbir iştirakçıların sualları ətrafında müzakirələrlə davam etmişdir.

Tədbirlər Xəbərlər

“Qəhrəmanlıq salnaməsi – Tarix yazılan 44 Gün” mövzusunda seminar keçirilmişdir.

Şərh yoxdu

20 fevral 2026-cı il tarixində Ağcabədi rayonunda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Qəhrəmanlıq salnaməsi – Tarix yazılan 44 Gün” mövzusunda seminar keçirilmişdir.

Seminarda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının tələbələri fəal iştirak etmiş, tədbirin sonunda isə iştirakçılar təltif olunmuşlar.

Tədbirlər Xəbərlər

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi tərəfindən maarifləndirici görüş təşkil olunub.

Şərh yoxdu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi tərəfindən maarifləndirici görüş təşkil olunub.

 

Görüşün məqsədi regionda həssas əhali qruplarından olan şəxslərə göstərilən dəstək mexanizmləri barədə məlumatlandırmanın artırılması, eləcə də gənclərin sosial təşəbbüslərə və inklüziv fəaliyyətlərə cəlb edilməsidir. Tədbir zamanı “Könüllü DOST” və “İnklüziv DOST” proqramları haqqında ətraflı təqdimat keçirilib, proqramların məqsədi, iştirak şərtləri və yaratdığı imkanlar barədə məlumat verilib.

 

Mərkəzin məzunu və hazırda Qarabağ “DOST Evi” şöbəsində təlimçi kimi fəaliyyət göstərən Gülnarə Abbasova öz uğur hekayəsini iştirakçılarla bölüşüb. O, Mərkəzdə keçdiyi təlimlərin şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən, qazandığı bacarıqlardan və əldə etdiyi nailiyyətlərdən bəhs edib.

 

Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb və inklüziv cəmiyyətin qurulmasında gənclərin fəal iştirakının əhəmiyyəti xüsusi vurğulanıb.

 

Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin keçirilməsi region gənclərinin məlumatlılığının artırılmasına və inklüziv dəyərlərin təşviqinə xidmət edir.

Tədbirlər Xəbərlər

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında buraxılış tədris ili tələbələrinin ixtisas üzrə təcrübəsinin başlanmasına həsr olunmuş tədbir keçirilib.

Şərh yoxdu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında buraxılış tədris ili tələbələrinin ixtisas üzrə təcrübəsinin başlanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, təcrübə rəhbəri və ixtisas üzrə təcrübəyə gedəcək tələbələr iştirak ediblər.



Tədbirlər Xəbərlər

ADPU-Ağcabədi filialının əməkdaşları təltif ediliblər.

Şərh yoxdu

2 fevral 2026-cı il tarixində 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilib. Tədbirdə ADPU-nun Ağcabədi filialının Tərbiyə işləri üzrə direktor müavini, dosent Mahir Səlimov və “Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Nərmin Maqsudova da təltif ediliblər.