Tədbirlər Xəbərlər
Şərh yoxdu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin Qarabağ “DOST Evi” şöbəsi tərəfindən maarifləndirici görüş təşkil olunub.

 

Görüşün məqsədi regionda həssas əhali qruplarından olan şəxslərə göstərilən dəstək mexanizmləri barədə məlumatlandırmanın artırılması, eləcə də gənclərin sosial təşəbbüslərə və inklüziv fəaliyyətlərə cəlb edilməsidir. Tədbir zamanı “Könüllü DOST” və “İnklüziv DOST” proqramları haqqında ətraflı təqdimat keçirilib, proqramların məqsədi, iştirak şərtləri və yaratdığı imkanlar barədə məlumat verilib.

 

Mərkəzin məzunu və hazırda Qarabağ “DOST Evi” şöbəsində təlimçi kimi fəaliyyət göstərən Gülnarə Abbasova öz uğur hekayəsini iştirakçılarla bölüşüb. O, Mərkəzdə keçdiyi təlimlərin şəxsi və peşəkar inkişafına verdiyi töhfələrdən, qazandığı bacarıqlardan və əldə etdiyi nailiyyətlərdən bəhs edib.

 

Görüş interaktiv formatda davam edib, tələbələrin sualları cavablandırılıb və inklüziv cəmiyyətin qurulmasında gənclərin fəal iştirakının əhəmiyyəti xüsusi vurğulanıb.

 

Qeyd edək ki, bu kimi maarifləndirici görüşlərin keçirilməsi region gənclərinin məlumatlılığının artırılmasına və inklüziv dəyərlərin təşviqinə xidmət edir.

Təhsil Tələbə Krediti fondu

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti fondu tərəfindən təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə filialın l tədris ilinin tələbələri…
16 Okt, 2024
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.