“Milli Dirçəliş Gününə həsr olunmuş açıq dərs və maarifləndirici ziyarət”
17 noyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında “İctimai,təbiət fənləri və onların tədrisi texnologiyası” kafedrasının müdiri dosent Baxış Ələsgərov tərəfindən “17 Noyabr – Milli Dirçəliş Günü”nün 37-ci ildönümünə həsr olunmuş “Milli Qurtuluş Günü – Xalqımızın Zəfər Tarixi” mövzusunda açıq dərs keçirilib.
Tələbələr əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, sonra isə Heydər Əliyev Mərkəzini ziyarət edərək Ulu Öndərin müstəqillik yolundakı tarixi xidmətləri ilə bağlı məlumat alıblar. Açıq dərsdə Milli Dirçəliş Gününün ictimai-siyasi əhəmiyyəti və Heydər Əliyevin bu prosesdəki rolu geniş şəkildə izah olunub.



ADPU-nun Ağcabədi filialında Milli Dirçəliş Gününə həsr olunmuş anım tədbiri keçirilib
17 noyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında “17 Noyabr – Milli Dirçəliş Günü”nün 37-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Əlamətdar gündə təşkil olunan tədbirdə şəhidlərin əziz xatirəsi hörmətlə yad olunub, Ümummilli Lider Heydər Əliyevin milli dirçəliş prosesindəki müstəsna xidmətləri vurğulanıb.
Tədbirdə tarix üzrə fəlsəfə doktoru Anar Kərimli “Azərbaycanın Müstəqillik Yolu və Milli Dirçəliş” mövzusunda məruzə ilə çıxış edib. Çıxışlarda tələbələrin vətənpərvərlik ruhunda səsləndirdikləri fikirlər tədbirə xüsusi mənəvi zənginlik qatıb.








“ADPU Ağcabədi filialında TOT təlimlərinə start verildi”
14 noyabr 2025-ci il tarixindən etibarən ADPU-nun Ağcabədi filialında Keyfiyyətin təminatı şöbəsi və Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə 4 həftə davam edəcək “TOT təlimləri”nə start verilib. Təlimlər 15 modul üzrə keçiriləcək və artıq ilk 2 modul uğurla həyata keçirilib. Təlimin növbəti mərhələlərini müvəffəqiyyətlə başa vuran iştirakçılar müəyyən olunmuş meyarlara əsasən təlimçi sertifikatı ilə təltif olunacaqlar.


Konstitusiya Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.
12 noyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Konstitusiya Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib.



Elmi Şuranın yeni seçilmiş tərkibi ilə növbəti iclası keçirilib.
05 noyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elmi Şuranın yeni seçilmiş tərkibi ilə növbəti iclası keçirilib.
İclasda filialın direktoru, dosent Mobil Məcidov yeni tərkibi təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, Elmi Şura universitetin tədris, elmi və təşkilati məsələlərinin müzakirə olunması və mühüm qərarların qəbul edilməsi baxımından əsas idarəetmə orqanlarından biridir.
İclasda gündəlikdə olan məsələlər ətrafında fikir mübadiləsi aparılıb, filialda tədrisin keyfiyyətinin yüksəldilməsi haqqında görülən işlər və digər cari məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.



Zəfər Gününə həsr olunmuş anım və vətənpərvərlik tədbiri keçirilib
07 noyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş “8 Noyabr Zəfər Günü – Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə iştirakçılar Ağcabədi şəhərində yerləşən Qəhrəmanlar Parkını ziyarət ediblər. Burada şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlığın unudulmaz olduğu qeyd edilib. Ziyarət gənclərdə vətənpərvərlik ruhunun daha da güclənməsinə töhfə verib.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Filial rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu möhtəşəm qələbə Azərbaycan xalqının birliyi, Ordumuzun rəşadəti və Ali Baş Komandanın dəmir iradəsi nəticəsində mümkün olub. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı həm döyüş meydanında, həm də informasiya cəbhəsində misilsiz birlik nümayiş etdirib.
Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələr qəhrəman əsgərlərimizin şücaətini əks etdirən şeirlərlə çıxış ediblər. Onların emosional təqdimatları tədbirə vətənpərvərlik ruhu qatıb.
Sonda çıxış edənlər belə tədbirlərin gənclərin vətənə bağlılıq hissinin gücləndirilməsi, milli yaddaşın yaşadılması və tarixi həqiqətlərin təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.


















