Tədbirlər Xəbərlər
Şərh yoxdu

07 noyabr 2025-ci il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında 8 Noyabr – Zəfər Gününün 5 illiyinə həsr olunmuş “8 Noyabr Zəfər Günü – Azərbaycan xalqının şanlı tarixinə yazılan qəhrəmanlıq salnaməsidir” mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə iştirakçılar Ağcabədi şəhərində yerləşən Qəhrəmanlar Parkını ziyarət ediblər. Burada şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlığın unudulmaz olduğu qeyd edilib. Ziyarət gənclərdə vətənpərvərlik ruhunun daha da güclənməsinə töhfə verib.

Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Filial rəhbərliyi, professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbirdə çıxış edənlər Zəfər Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, bu möhtəşəm qələbə Azərbaycan xalqının birliyi, Ordumuzun rəşadəti və Ali Baş Komandanın dəmir iradəsi nəticəsində mümkün olub. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı həm döyüş meydanında, həm də informasiya cəbhəsində misilsiz birlik nümayiş etdirib.

Tədbir çərçivəsində Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib, tələbələr qəhrəman əsgərlərimizin şücaətini əks etdirən şeirlərlə çıxış ediblər. Onların emosional təqdimatları tədbirə vətənpərvərlik ruhu qatıb.

Sonda çıxış edənlər belə tədbirlərin gənclərin vətənə bağlılıq hissinin gücləndirilməsi, milli yaddaşın yaşadılması və tarixi həqiqətlərin təbliği baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıblar.

ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda pedaqoji fikir tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib

08 may 2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda pedaqoji fikir tarixi” mövzusunda elmi-praktik konfrans…
12 May, 2025
0 Comment

“Unudulmaz Qəhrəmanlar” adlı tədbir keçirilib

27 sentyabr 2024-cü il tarixdə ADPU-nun Ağcabədi filialında Anım Gününə həsr olunmuş “Unudulmaz Qəhrəmanlar” adlı tədbir keçirilib, vətən uğrunda canlarından keçən qəhrəman övladların xatirələri yad olunub.  Ordumuzun qəhrəmanlıqlarına, şanlı qələbəsinə…
10 Okt, 2024
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.