13.10.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti fondu tərəfindən təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə filialın tələbələri ilə maarifləndirici görüş keçirilib.
ADPU-nun Ağcabədi filialında “Sənin Gücün Sənsən” adlı təlim keçirilib.
10 oktyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə II tədris ilinin tələbəsi İlahə Həsənzadənin təqdimatında “Sənin Gücün Sənsən” adlı təlim keçirilib.
Təlimin məqsədi tələbələrin şəxsi və akademik inkişafına dəstək göstərmək, təşəbbüskarlıq və liderlik bacarıqlarını inkişaf etdirmək olub. Tədbirdə professor-müəllim heyəti və tələbələr fəal iştirak ediblər. Təlimin sonunda İlahə Həsənzadəyə təşəbbüskarlığına görə sertifikat və hədiyyə təqdim olunub.
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan inşa-yazı müsabiqəsi
10 oktyabr 2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının təşkilatçılığı ilə Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş inşa-yazı müsabiqəsi keçirilib.
Sarıcalı kənd məktəbinin müəllim və şagirdləri ADPU Ağcabədi filialında qonaq oldular
09.10.2025-ci il tarixində Ağcabədi rayon Sarıcalı kənd M. Uluxanov adına tam orta məktəbinin müəllim və şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının qonağı olublar. Görüş zamanı qonaqlara filialın fəaliyyəti, tədris prosesi və tələbə həyatı barədə geniş məlumat verilib.
Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
08.10.2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, akademik Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsi keçirilib.
ADPU Ağcabədi tələbələri MDB oyunlarında fəal könüllü kimi iştirak ediblər.
Gəncə şəhərində keçirilən MDB ölkələrinin gəncləri arasında idman oyunlarında ADPU-nun Ağcabədi filialının tələbələri fəal könüllü kimi iştirak edərək yüksək təşəbbüskarlıq və məsuliyyət nümayiş etdiriblər.
YAP Ağcabədi rayon təşkilatında Müəllimlər Günü qeyd olunub
3 oktyabr 2025-ci il tarixində Beynəlxalq Müəllimlər Günü münasibətilə YAP Ağcabədi rayon təşkilatında tədbir keçirilib. Tədbirdə ADPU-nun Ağcabədi filialının “Fizika,riyaziyyat,informatika və onların tədrisi texnologiyası” kafedrasının müəllimi yenicə Riyaziyyat fənni üzrə doktoranturaya qəbul olmuş Nuridə Orucova da təltif edilib.
ADPU-nun Ağcabədi filialında l tədris ilinin tələbələri üçün “Oriyentasiya Günü” keçirilib
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında ali təhsil müəssisəsinə yeni qəbul olunan tələbələr üçün “Oriyentasiya Günü”keçirilib. Tədbirdə tələbələr universitet həyatı ilə tanış olub, universitet barədə ətraflı məlumat əldə ediblər.
I tədris ilinin tələbələri üçün gün boyu təşkil olunan təqdimatlarda universitetin tarixi, məzunları, tədris prosesi, tələbə təşkilatları və digər mövzular barədə məlumatlar çatdırılıb.
Müəllimlər Günü qeyd olunub.
03.10.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında Müəllimlər Günü qeyd olunub.
“Həmkar Təqaüdü” – 300 AZN qazanmaq şansı! ADPU THİK fəalı olan və 2024/2025-ci tədris ilinin yay imtahan sessiyasında ÜOMG-si 91+ olan tələbələr üçün.
https://docs.google.com/forms/d/e/1FAIpQLSeSjDUDNKkLrh-5JxSuZRv0HHLlMKMLINHQwmJRtFbz9irMbQ/viewform