Tədbirlər Xəbərlər

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üzrə əlavə təhsil proqramının Məzun Günü keçirilib

Şərh yoxdu

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üzrə əlavə təhsil proqramının Məzun Günü keçirilib

26 iyul 2025-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üçün “Psixologiya” ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramını uğurla başa vuran tələbələrin Məzun Günü münasibətilə təntənəli mərasim təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, əlavə təhsil (yenidənhazırlanma) proqramının ölkədə psixoloq kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini, bu proqramın əsas məqsədinin psixologiya sahəsində müasir bilik və bacarıqlara malik, peşəkar mütəxəssislər hazırlamaq olduğunu qeyd edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru, dosent Mobil Məcidov çıxış edərək Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə və tədris heyətinə təşəkkürünü bildirib, məzunlara uğurlar arzulayıb.

Daha sonra institutun Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Əliyev çıxış edərək bu imkanların yaradılmasına görə institut rəhbərliyinə təşəkkürünü bildirib, tələbələrin əzmkarlığını və inkişaf istəklərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən uzman klinik psixoloq Narınc Rüstəmova da məzunları səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, proqramın əhəmiyyətindən danışaraq belə təşəbbüslərin psixologiya sahəsində müsbət dəyişikliklərə töhfə verəcəyini qeyd edib.

İnstitutun Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri Ülviyyə Nəhmətova çıxışında tələbələrlə keçirdiyi tədris prosesinin və birgə xatirələrin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib, məzunların gələcək fəaliyyətlərində onlara uğurlar arzu edib.

Tədbir çərçivəsində tələbələr tərəfindən hazırlanmış “Psixoloqun ilk seansı” adlı səhnəcik təqdim olunub. Ardınca məzunlar və onların valideynləri çıxış edərək təəssüratlarını bölüşüb, təşkilatçılığa və tədrisin keyfiyyətinə görə institut rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq məqsədimiz elmi biliklərlə praktik ehtiyacları birləşdirən, beynəlxalq səviyyədə rəqabətə davamlı və yerli kontekstə uyğunlaşdırılmış psixoloji yanaşmaları inkişaf etdirmək, psixologiya sahəsində ölkəmizin intellektual potensialını daha da gücləndirməkdir.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Elanlar Tədbirlər Xəbərlər

Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеtinin Ağcabədi filialı qeyd olunan kafedralar üzrə vakant müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir 

Şərh yoxdu

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Аzərbаycаn Dövlət Pedaqoji Univеrsitеtinin Ağcabədi filialı qeyd olunan kafedralar üzrə vakant müəllim vəzifələrini tutmaq üçün müsabiqə elan edir 

1. Fizika, riyaziyyat, informatika və onların tədrisi texnologiyası kafedrası (riyaziyyat müəllimi, fizika müəllimi);

2. Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrası (İngilis dili müəllimi).

Müsabiqədə elmi-pedaqoji təcrübəyə, müvafiq elmi ad və dərəcələrə malik olan, ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə bitirən magistr elmi ixtisas dərəcəli şəxslər iştirakedə bilərlər.

Müraciət edən namizədlərdən aşağıdakılar tələbolunur:

– kompüterdən (Office proqramları – word, excel, power point, microsoft teams və s.) istifadə bacarığı;

– tədrisin onlayn formada təşkili üzrə bacarıqlar;

– yüksək peşə-ixtisas və mənəvi keyfiyyətlər.

Sənədlər:

-Şəxsiyyəti təsdiq edən sənədin surəti

-Diplom və diploma əlavənin surəti

-Əmək kitabçasının surəti

Sənədlər bu elan qəzеtdə və adpuagcabedi.edu.az saytında dərc olunan gündən 30 gün müddətində elektronqaydada qəbul edilir.

E-poçt: adpu_aqcabedi@mail.ru

            adpu.agcabedi.filiali@adpu.edu.az

Ünvan: AZ-0400.  Ağcabədi şəhəri, Ü.Hacıbəyliprospekti, 210

 

                      DİREKTORLUQ

 

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialının müəllimi Xudaverdiyeva Sübhanə Vidadi qızı “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 747 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.

Şərh yoxdu

10.07.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialının “Pedaqogika,psixologiya və onların tədrisi texnologiyası” kafedrasının müəllimi Xudaverdiyeva Sübhanə Vidadi qızı “Microsoft Certified Educator” (MCE) sertifikasiya proqramında 747 bal toplayaraq beynəlxalq sertifikat əldə etmişdir.
Sübhanə Xudaverdiyeva Ölkə üzrə yerli təhsilverənlərin müxtəlif səviyyələrdə innovativ texnologiya və metodikaların təhsildə tətbiqi üzrə 30 saatlıq təlim proqramramını bitirmişdir.
Qeyd edək ki, Proqramı bitirən təhsilverənlər sadəcə pedaqoji istiqamətdə deyil müxtəlif standartlarda mərkəzləşmiş və təhsilverənlər üçün vacib olan 6+İKT istiqamətləri üzrə qiymətləndirilmişlər.
“Effektiv pedaqoq olmaq üçün İKT-dən istifadə”, “İnformasiya kommunikasiyası vasitələrindən istifadə”, “Real dünya problemlərinin həlli və innovasiya”, “Özünütənzimləmə”, “Biliyin qurulması”, “Təhsilalanla əməkdaşlıq” və “Bacarıqlı ünsiyyət” modulları üzrə yüksək nəticə göstərmiş müəllimlər “Microsoft Certified Educator” sertifikatına layiq görülmüşlər.

Screenshot

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında Tədrisin idarə olunmasışöbəsinin təşkilatçılığı ilə modul tipli təlimlərə start verilib.

Şərh yoxdu

ADPU-nun Ağcabədi filialında Tədrisin idarə olunmasışöbəsinin təşkilatçılığı ilə modul tipli təlimlərə start verilib.Təlimdə 50 nəfər akademik heyət üzvü iştirak edib.

09 iyul 2025-ci il tarixdə filialın Keyfiyyətin təminatışöbəsinin müdiri, baş müəllim Qərənfil Rzayevanıntəqdimatında 1-ci modul üzrə “Təhsildə yeniyanaşmalar” mövzusunda; 10 iyul 2025-ci il tarixdə filialın“Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası” kafedrasının baş müəllimi Sevinc Məhərrəmovanıntəqdimatında 2-ci modul üzrə “Problem əsaslı, layihəəsaslı və tədqiqat əsaslı öyrənmə” mövzusunda; 11 iyul2025-ci il tarixdə isə filialın “Fizika, riyaziyyat, informatikavə onların tədrisi texnologiyası” kafedrasının müəllimiSəbuhi Quliyevin təqdimatında 3-cü modul üzrə “TəhsildəSTEAM yanaşması” mövzusunda təlimlər həyatakeçirilib. Modullar üzrə keçirilən təlimin sonunda aktiviştirakçılar sertifikatla təltif olunub.

Tədbirlər Xəbərlər

Ad gününüz mübarək, hörmətli direktorumuz! 

Şərh yoxdu

Ad gününüz mübarək, hörmətli direktorumuz!

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik! Uğurlu rəhbərliyiniz, məsuliyyətli yanaşmanız və dəyərli töhfələrinizlə təhsil müəssisəmizin inkişafına verdiyiniz böyük töhfələr üçün təşəkkür edirik.

Sizə möhkəm can sağlığı, uzun ömür, yeni uğurlar və daim yüksələn nailiyyətlər arzulayırıq. Hər yeni yaşınız sizə sevinc, ruh yüksəkliyi və yeni zəfərlər gətirsin!

Hörmətlə və dərin ehtiramla,
ADPU-nun Ağcabədi filialının kollektivi