Tədbirlər Xəbərlər
Şərh yoxdu

Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üzrə əlavə təhsil proqramının Məzun Günü keçirilib

26 iyul 2025-ci il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda 2024–2025-ci tədris ili üçün “Psixologiya” ixtisası üzrə əlavə təhsil (yenidənhazırlanma) proqramını uğurla başa vuran tələbələrin Məzun Günü münasibətilə təntənəli mərasim təşkil olunub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca ümummilli lider Heydər Əliyevin, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, f.ü.f.d. Elnur Rüstəmov çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, əlavə təhsil (yenidənhazırlanma) proqramının ölkədə psixoloq kadr potensialının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini, bu proqramın əsas məqsədinin psixologiya sahəsində müasir bilik və bacarıqlara malik, peşəkar mütəxəssislər hazırlamaq olduğunu qeyd edib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının direktoru, dosent Mobil Məcidov çıxış edərək Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbərliyinə və tədris heyətinə təşəkkürünü bildirib, məzunlara uğurlar arzulayıb.

Daha sonra institutun Ümumi və eksperimental psixologiya şöbəsinin müdiri, psixologiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Əliyev çıxış edərək bu imkanların yaradılmasına görə institut rəhbərliyinə təşəkkürünü bildirib, tələbələrin əzmkarlığını və inkişaf istəklərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Tədbirdə çıxış edən uzman klinik psixoloq Narınc Rüstəmova da məzunları səmimi qəlbdən təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb, proqramın əhəmiyyətindən danışaraq belə təşəbbüslərin psixologiya sahəsində müsbət dəyişikliklərə töhfə verəcəyini qeyd edib.

İnstitutun Əlavə təhsil və innovasiyalar şöbəsinin müdiri Ülviyyə Nəhmətova çıxışında tələbələrlə keçirdiyi tədris prosesinin və birgə xatirələrin onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib, məzunların gələcək fəaliyyətlərində onlara uğurlar arzu edib.

Tədbir çərçivəsində tələbələr tərəfindən hazırlanmış “Psixoloqun ilk seansı” adlı səhnəcik təqdim olunub. Ardınca məzunlar və onların valideynləri çıxış edərək təəssüratlarını bölüşüb, təşkilatçılığa və tədrisin keyfiyyətinə görə institut rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Psixologiya Elmi-Tədqiqat İnstitutu olaraq məqsədimiz elmi biliklərlə praktik ehtiyacları birləşdirən, beynəlxalq səviyyədə rəqabətə davamlı və yerli kontekstə uyğunlaşdırılmış psixoloji yanaşmaları inkişaf etdirmək, psixologiya sahəsində ölkəmizin intellektual potensialını daha da gücləndirməkdir.

Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

“Məktəbəqədər təhsil” ixtisasında tədris aparan müəllimlər üçün MOODLE LMS təlimin 5 mərhələli tədrisinin lV mərhələsi baş tutub

10.04.2025-ci il tarixdə ADPU-nun Ağcabədi filialında filialın “Pedaqogika, psixologiya və onların tədrisi texnologiyası” kafedrasının təşəbbüsü ilə kafedranın müəllimləri Sübhanə Xudaverdiyeva və Şəbnəm Bünyadzadə tərəfindən “Məktəbəqədər təhsil” ixtisasında tədris aparan müəllimlər…
11 Apr, 2025
0 Comment

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This field is required.

This field is required.