Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında sahibkarlıq yönümlü layihə təqdim olunub.

ADPU-nun Ağcabədi filialında sahibkarlıq yönümlü layihə təqdim olunub.

21 oktyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında “Sahibkarlıq subyektləri üçün gənc bacarıqların səfərbər edilməsi proqramı” layihəsi çərçivəsində tədbir keçirilib.

Layihə rəhbəri Radə Qafarova proqramın məqsədi və əhəmiyyəti barədə məlumat verib. Bildirilib ki, layihə region gənclərinin bilik və bacarıqlarını artıraraq onları sahibkarlıq və əmək bazarına hazırlamaq məqsədi daşıyır.

Çıxış edən rəsmi şəxslər və sahibkarlar layihənin məşğulluğun artırılması baxımından əhəmiyyətini vurğulayıblar. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

Layihə KOBİA-nın qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilir.

Tədbirlər Xəbərlər

Qida təhlükəsizliyi ilə bağlı maarifləndirici görüş keçirilib

15 oktyabr 2025-ci il tarixində Ağcabədi Rayon İcra Hakimiyyəti və Qida Təhlükəsizliyi Agentliyinin Qarabağ Regional Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında maarifləndirici tədbir keçirilib.

Tədbirin əsas məqsədi iştirakçılara qida təhlükəsizliyi sahəsində mövcud qaydalar, sağlam qidalanma və istehlakçıların hüquqları barədə ətraflı məlumat vermək, bu sahədə maarifləndirmə işini gücləndirmək olub. Tədbirdə tələbələr və müəllim heyəti fəal iştirak edərək, aktual suallarını mütəxəssislərə ünvanlayıblar.

Tədbirlər Xəbərlər

Təhsil Tələbə Krediti Fondu ADPU-nun Ağcabədi filialında maarifləndirici görüş keçirib.

13.10.2025-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialında Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti fondu tərəfindən təhsil tələbə krediti barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə filialın tələbələri ilə maarifləndirici görüş keçirilib.

Tədbirlər Xəbərlər

ADPU-nun Ağcabədi filialında “Sənin Gücün Sənsən” adlı təlim keçirilib.

10 oktyabr 2025-ci il tarixində ADPU-nun Ağcabədi filialında Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Təhsildə sosial-psixoloji xidmət” ixtisası üzrə II tədris ilinin tələbəsi İlahə Həsənzadənin təqdimatında “Sənin Gücün Sənsən” adlı təlim keçirilib.
Təlimin məqsədi tələbələrin şəxsi və akademik inkişafına dəstək göstərmək, təşəbbüskarlıq və liderlik bacarıqlarını inkişaf etdirmək olub. Tədbirdə professor-müəllim heyəti və tələbələr fəal iştirak ediblər. Təlimin sonunda İlahə Həsənzadəyə təşəbbüskarlığına görə sertifikat və hədiyyə təqdim olunub.

Tədbirlər Xəbərlər

Sarıcalı kənd məktəbinin müəllim və şagirdləri ADPU Ağcabədi filialında qonaq oldular

09.10.2025-ci il tarixində Ağcabədi rayon Sarıcalı kənd M. Uluxanov adına tam orta məktəbinin müəllim və şagirdləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının qonağı olublar. Görüş zamanı qonaqlara filialın fəaliyyəti, tədris prosesi və tələbə həyatı barədə geniş məlumat verilib.